Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Aprel » 22 » Rusiya ali məktəblərinə tələbə qəbulu
Rusiya ali məktəblərinə tələbə qəbulu
21:28

Rusiya ali məktəblərində Azərbaycan üçün 41 yer ayrılıb

TQDK 2010/2011-ci tədris ili üçün Rusiya Federasiyası ali təhsil müəssisələrində Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulu elan edir. Qurumdan verilən məlumata görə, imtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat 2010-cu il may ayının 3-dən 11-dək hər gün (bayram və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək aparılır.

İmtahanda iştirak etmək hüququna orta attestat qiyməti (cari ilin məzunlarının birinci yarım il üzrə orta qiyməti) 4 daha yüksək olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər. Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak etmək hüququna malik deyillər.

Qeydiyyatdan keçmək üçün abituriyentlər SQK-ya “Ödəmə kartı”, orta təhsil haqqında sənədin əslini, şəxsiyyət vəsiqəsi, hərbi bilet və ya çağırışçı şəhadətnaməsi, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə sənəd verən namizədlər müvafiq ali təhsil müəssisəsində təhsil almaları və cari qiymətləri haqqında arayış təqdim etməlidirlər.

Müsabiqə iki mərhələdən ibarətdir. Test imtahanı mayın 15-də keçiriləcək. Test imtahanı nəticəsində I ixtisas qrupunda 400 və daha yüksək, digər qruplarda 500 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar. Müsahibə 2010-cu il mayın 17-də keçiriləcək. Müsahibədən məqbul alan abituriyentlər ixtisas seçiminə buraxılırlar.

2010/2011-ci tədris ili üçün Rusiya Federasiyası ali məktəblərinə tələbə qəbulu planı açıqlanıb.

I QRUP İXTİSASLAR

Voronej Dövlət Meşə-Texniki Akademiyası
14111 - İnformasiya sistemləri R - Əyani 1

İvanovo Dövlət Energetika Universiteti
19118 - Texniki sistemlərdə idarəetmə və informatika R - Əyani 1

Moskva Aviasiya İnstitutu (dövlət texniki universiteti)
26116 - Texniki sistemlərdə idarəetmə və informatika R - Əyani 1
26124 - İnformasiya sistemləri və texnologiyaları R - Əyani 1

N.E. Bauman adına Moskva Dövlət Texniki Universiteti
31113 - Ekologiya və təbiətdən istifadə R - Əyani 1
31121 - Avtomatlaşdırılma və idarəetmə R - Əyani 1
31138 - İnformatika və hesablama texnikası R - Əyani 1

Rusiya Xalqlar Dostluğu Universiteti (Moskva ş.)
49915 - Tətbiqi riyaziyyat və informatika R - Əyani 1

Şimali Qafqaz Dövlət Texniki Universiteti (Stavropol ş.)
66617 - İnformasiya sistemləri və texnologiyaları R - Əyani 1

Tver Dövlət Texniki Universiteti
67119 - Hesablama maşınları, kompleksləri, sistem və şəbəkələri R - Əyani 1

Rabitə Nazirliyinin ali məktəbləri
69111 - Rabitə sahəsinin ixtisasları R - Əyani 4

II QRUP İXTİSASLAR

Həştərxan Dövlət Universiteti
11511 - Turizm IC - Əyani 1

Volqoqrad Dövlət Universiteti
15716 - Vergi və vergitutma IC - Əyani 1

Dövlət İdarəetmə Universiteti (Moskva ş.)
17117 - Dünya iqtisadiyyatı IC - Əyani 1

Dağıstan Dövlət Pedaqoji Universiteti
18113 - Menecment IC - Əyani 1

Qaraçay-Çərkəz Dövlət Texnologiya Akademiyası (Çerkesk ş.)
22917 - Antiböhran idarəetməsi IC - Əyani 1

Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universiteti
37116 - İqtisadiyyat IC - Əyani 1

Mariy Dövlət Texniki Universiteti (Yoşkar-Ola ş.)
42713 - Maliyyə və kredit IC - Əyani 1
42721 - Sosial-mədəni servis və turizm IC - Əyani 1

Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universiteti
58111 - Dünya iqtisadiyyatı IC - Əyani 1

Sankt-Peterburq Dövlət Servis və İqtisadiyyat Universiteti
59619 - İqtisadiyyat IC -Əyani 1
59627 - Təşkilatın menecmenti IC - Əyani 1

Sankt-Peterburq Dövlət Ticarət-İqtisadiyyat Universiteti
61919 - Mühasibat uçotu, təhlil və audit IC - Əyani 2

III QRUP İXTİSASLAR

Voronej Dövlət Universiteti
14517 - Jurnalistika DT - Əyani 1
14525 - Regionşünaslıq XH - Əyani 1

Dağıstan Dövlət Universiteti
18713 - Jurnalistika DT - Əyani 1

Mədəniyyət və incəsənət ali məktəbləri
68115 - Mədəniyyət və incəsənət ixtisasları DT - Əyani 4

IV QRUP İXTİSASLAR

Dağıstan Dövlət Pedaqoji Universiteti
18121 - Biologiya TK - Əyani 1

Dağıstan Dövlət Universiteti
18721 - Biokimya TK - Əyani 1

X.M.Berbekov adına Kabarda-Balkarıstan Dövlət Universiteti (Nalçik ş.)
22617 - Müalicə işi TK - Əyani 1
22625 - Stomatologiya TK - Əyani 1

Tibb ali məktəbləri
67613 - Tibb ixtisasları TK - Əyani 3

Qeyd. 14111, 14525, 18113, 31113, 31121, 31138, 37116, 49915, 59619 kodlu ixtisaslar üzrə tədris bakalavr, digər ixtisaslar üzrə isə mütəxəssis səviyyəsində aparılır.

Qəbulla bağlı geniş məlumatı TQDK-nın internet saytından (www.tqdk.gov.az) əldə etmək olar.

Kateqoriya: Tehsil | Baxılıb: 2381 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024