13 noyabr istirahət günü ilə 15 noyabr iş gününün yeri dəyişdirilib
Qurban bayramı ilə bağlı iş günlərinin yeri dəyişdirilib. İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərarı Nazirlər Kabineti verib. Nazirliyin rəsmi saytında yer alan məlumata görə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2010-cu ilin 13 noyabr istirahət günü ilə 15 noyabr iş gününün yeri dəyişdirilib.
Qeyd edək ki, noyabrın 16 və 17-si Azərbaycanda Qurban bayramı qeyd olunacaq.Bununla da noyabrın 14, 15, 16 və 17-si Azərbaycanda qeyri-iş günü hesab olunur.