UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Dortmundda yerli “Borussiya” klubu ilə qarşılaşacaq “Qarabağ” klubu azarkeş dəstəyi ilə təmin olunacaq. AFFA oyunun baş tutacağı “Siqnal İduna Park” stadionunda azərbaycanlı azarkeşlər üçün 300 bilet ayırıb. Bu biletlər Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrə və həmyerlilərimizə pulsuz paylanacaq.
Xatırladaq ki, Dortmunddakı “Borussiya” – “Qarabağ” matçı avqustun 19-da Bakı vaxtı ilə 00:05-də start götürəcək.