Azərbaycanlıların soyqırımı ilə bağlı ingilis dilində sənədli film hazırlanıb
31 mart 1918-ci il – azərbaycanlıların soyqırımı ilə bağlı Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi tərəfindən ingilis dilində hazırlanmış "Genocide" adlı sənədli filmin təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasimi aprelin 14-də saat 12.00-da "Trend" Mətbuat Mərkəzində olacaq.
Filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov, redaktoru Kəmalə Paşayeva, elmi rəyçisi tarix elmləri dokturu, professor Musa Qasımlıdır. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.