Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » May » 30 » "Eurovision-2010"da 5-ci olduq
"Eurovision-2010"da 5-ci olduq
18:03

Müsabiqənin favoriti hesab olunan təmsilçimiz Səfurə Əlizadənin ifa etdiyi “Drip Drop” mahnısı beşinci yeri tutub

Norveçin paytaxtı Osloda “Eurovision-2010” mahnı müsabiqəsinin final mərhələsi keçirilib.Müsabiqə “Telenor Arena” stadionunda keçirilib.

Final konsertini “Eurovision-2009” müsabiqəsinin qalibi Aleksandr Rıbak ötən il ona qalibiyyət gətirən “Fairytale” mahnısının yeni versiyası ilə açıb.

18 min tamaşaçının izlədiyi, 2100 jurnalistin iştirak etdiyi finalda 25 ölkə arasında 1-ci Azərbaycan təmsilçisi Səfurə Əlizadə çıxış edib.

Digər ölkələr- İspaniya 2, Norveç 3 Moldova 4, Kipr 5, Bosniya və Herseqovina 6, Belçika 7, Serbiya 8, Belarus 9, İrlandiya 10, Yunanıstan 11, Böyük Britaniya 12, Gürcüstan 13, Türkiyə 14, Albaniya 15, İslandiya 16, Ukrayna 17, Fransa 18, Rumıniya 19, Rusiya 20, Ermənistan 21, Almaniya 22, Portuqaliya 23, İsrail 24, Danimarka 25-ci çıxış ediblər.

İspaniya təmsilçisinin çıxışı zamanı isə insident yaşanıb. Belə ki, tamaşaçılardan biri səhnəyə çıxaraq, ifaçılara problem yaradıb. Nəticədə təşkilatçıların qərarına əsasən İspaniya təmsilçiləri sonda yenidən səhnəyə çıxaraq, mahnılarını təkrar ifa ediblər. Polis isə insidentə səbəb olan tamaşaçını həbs edib.

Daha sonra səsvermə başlanıb. Xatırladaq ki, bu ildən etibarən müsabiqədə qalib 50 faiz münsif, 50 faiz isə tamaşaçı səsverməsi ilə seçilib. Nəticələrə görə, Azərbaycan müsabiqədə 5-ci olub.

Azərbaycana İspaniya 7, Norveç 7, Moldova 4, Kipr 10, Bosniya və Hersoqovina 7, Belçika 5, Serbiya 0, Belarus 6, İrlandiya 3, Yunanıstan 1, Gürcüstan 8, Türkiyə 12, Albaniya 0, İslandiya 4, Ukrayna 12, Fransa 0, Rumıniya 0 Rusiya 8, Ermənistan 0, Almaniya 0, Portuqaliya 0, İsrail 7, Danimarka 2, Xorvatiya 0, Polşa 8, Finlandiya 0, Estoniya 0, Slovakiya 0, Latviya 2, Malta 12, Litva 0, İsveçrə 2, İngiltərə 0, Niderland 0, Makedoniya 3, Moldova 7, İsveç 0 xal verib.

Azərbaycan Türkiyəyə 12, Ukraynaya 10, Gürcüstana 8 xal verib.

“Eurovision-2010” mahnı müsabiqəsinin qalibi isə Almaniya təmsilçisi Lena Meyer-Landrut oldu.İkinci yeri Türkiyənin “Manqa” qrupu, üçüncü yeri isə Rumıniya təmsilçisi tutdu.Beləliklə, növbəti “Eurovision” mahnı müsabiqəsi gələn il Almaniyada keçiriləcək.

Qeyd edək ki, ötən il Moskvada keçirilən “Eurovision-2009” mahnı müsabiqəsində Norveç təmsilçisi Aleksandr Rıbak birincilik qazanıb. Azərbaycanı ötən ilki müsabiqədə təmsil edən Aysel Teymurzadə və Araş dueti isə ölkəmizə üçüncülük qazandırıb.

Kateqoriya: Muxtelif | Baxılıb: 717 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  May 2010  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024