Onlar daha çox "Mercedes" və "BMW" markalı avtomobillərə üstünlük verirlər Dövlət başçıları hansı avtomobillərdən istifadə edirlər? Xidməti avtomobillər arasında daha çox üstünlük alman maşınları - "Mercedes-Benz S-class", "BMW 7" seriyası və "Audi A8" təşkil edir. Amma onların arasında daha qədim, yerli istehsal olan maşınlardan istifadə edənlərdə az deyil.
ABŞ prezidenti Barak Obama zirehli limuzin olan "Cadillac"dan, Rusiya prezidenti Dmitri Medvedev "Mercedes-Benz S600 Pullman Guard", Fransanın dövlət başçısı Nikolya Sarkozi isə "Renault Vel Satis" maşınını "Citroen C6"ya dəyişib. İtaliyanın baş naziri Silvio Berluskoninin xidməti maşını isə "Maserati Quattroporte"dir.
Digər bəzi dövlət başçılarının avtomobilləri:
Almaniya kansleri Angela Merkel - "Audi A8"
Böyük Britaniya şahzadəsi II Yelizaveta - "Bentley State Limousine"
Yaponiya imperatoru Akixito - "Toyota Century Royal"
İran prezidenti Mahmud Əhmədinejad - "Nissan Patrol"
Venesuela dövlət başçısı Uqo Çaves - "Cadillac Fleetwood"
İspaniya kralı Xuan Karlos - "Rolls-Royce Phantom"
Çin lideri Xu Tzintao - "HongQi (Red Flag)"