Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyuL » 21 » “Park Bulvar” ticarət və istirahət mərkəzinin açılışı oldu
“Park Bulvar” ticarət və istirahət mərkəzinin açılışı oldu
10:34

Mərasimdə prezident İlham Əliyev iştirak edib

Dənizkənarı Milli Parkda “Park Bulvar” ticarət və istirahət mərkəzinin açılışı olub. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak ediblər. Mehriban Əliyevaya, qızları Leyla və Arzuya gül dəstələri təqdim olunub.

Dövlət başçısı açılışı bildirən lenti kəsib və mərkəzlə yaxından tanış olub. Məlumat verilib ki, tikintisinə 2006-cı ildə başlanılmış mərkəzin tamamlanmış sahələrinin bu ilin ilk aylarından icarəçilərə verilməsinə başlanıb. Müasir standartlara uyğun inşa edilmiş mərkəzin binası 4 yerüstü və 2 yeraltı mərtəbədən ibarətdir. “Park Bulvar”ın yaradılmasında əsas məqsəd ziyarətçilərin ticarət imkanlarını, əyləncəsini və maariflənməsini yüksək səviyyədə təşkil etmək, paytaxt sakinləri və şəhərimizin qonaqlarına, turistlərə unudulmaz təəssürat bəxş etməkdir.

Birinci və ikinci mərtəbə ilə tanışlıq zamanı bildirildi ki, bu qatlarda Avropanın və dünyanın tanınmış brendlərinin məhsullarının təqdim olunduğu mağazalar, kafelər yerləşir.

Prezident İlham Əliyev və ailə üzvləri üçüncü mərtəbədə uşaqlar üçün “Happy Land” oyun-əyləncə məkanına baxıblar. Burada oyuncaqlar, attraksionlar, karusellər, rəngli işıq effektləri balacalara xoş anlar bağışlayır. Valideynlәr rahat alış-veriş etmələri üçün balacaları uşaq otağında qoya bilərlər. Xüsusi təlim keçmiş personal uşaqların qayğısına qalacaqdır. Dövlətimizin başçısının nəvələri karusellərdə əyləndilər.
Bu mərtəbədə, həmçinin türk, rus, italyan, Çin, Meksika mətbəxi restoranları, habelə Azərbaycan mətbəxinin nümunələrini təqdim edən “Kabab-park” restoranı yerləşir.

Prezident İlham Əliyev və xanımı yay kafesindən Bakının dəniz mənzərəsini seyr etdilər. Dövlət başçısına və xanımına Dənizkənarı Milli Parkda aparılan abadlıq və quruculuq işləri barədə məlumat verilib.

Dördüncü mərtəbədəki “Zeytun” restoranında canlı musiqi sədaları altında milli yeməklərimiz təqdim olunur. Bu mərtəbədə 3D sistemi ilə işləyəcək 6 kinozalın yaradılması prosesi başa çatmaq üzrədir. Bundan başqa, boulinq mərkəzi, fotostudiya, Tusi-Bohm planetariumu fəaliyyət göstərir. Bütün yaş təbəqələri üçün nəzərdə tutulmuş planetarium maarifləndirmə funksiyasını daşıyır. 60 tamaşaçı yeri olan planetariumda kosmosa aid cizgi və sənədli filmlər nümayiş olunacaq.

Dövlət başçısı mərkəzin dəniz mənzərəli VİP restoranlarında yaradılan şəraitlə də tanış olub. Məlumat verilib ki, mərkəzdə gözəllik salonu, supermarket, 500 avtomobillik dayanacaq, dərzi, quru təmizləmə və digər xidmətlər təqdim olunur. “Park Bulvar” ticarət və istirahət mərkəzinin istifadəyə verilməsi ümumilkdə 700 yeni iş yerinin açılması deməkdir.

“Park Bulvar”ın maketi ilə tanış olan Prezident İlham Əliyev yaradılan şəraitdən razı qaldığını bildirib.

Kateqoriya: Muxtelif | Baxılıb: 1058 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyuL 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024