Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyun » 1 » Orta təhsil pilləsi üzrə buraxılış imtahanlarına iyunun 3-də start veriləcək
Orta təhsil pilləsi üzrə buraxılış imtahanlarına iyunun 3-də start veriləcək
19:41

Attestat ala bilməyənlərə arayış veriləcək

XI sinfi bitirənlərin yekun qiymətləri əvvəlcədən müəyyən edilmiş ümumi qaydalar üzrə hesablanacaq

Bu il ümumtəhsil məktəbinin XI sinfini bitirən 103 min 317 məzun buraxılış imtahanları verəcək. Onlardan 23 minə yaxını Bakının orta məktəblərini bitirir. Orta təhsil pilləsi üzrə buraxılış imtahanlarına iyunun 3-də start veriləcək, ayrı-ayrı bölgələr üzrə keçirilməklə iyunun 16-da yekun vurulacaq.

Təhsil Nazirliyindən bildiriblər ki, bütün fənlərdən yalnız müsbət illik qiyməti olan XI sinif şagirdləri orta təhsil üzrə imtahanlara buraxılacaqlar. Orta təhsil pilləsi üzrə buraxılış imtahanı ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən aparılacaq. İmtahan test suallarının sayı 120-dir. Bu sualların 25-i ana dili və ədəbiyyat (o cümlədən, 17-si Azərbaycan dilinə, 8-i ədəbiyyata), 25-i riyaziyyata (o cümlədən, 17-si riyaziyyat, cəbr, cəbr və analizin başlanğıcına, 8-i isə həndəsə fənninə), 15-i Azərbaycan tarixi və xarici dil fənninin hər birinə, fizika, kimya, biologiya və coğrafiya fənlərinin hər birinə isə 10-u aiddir.

Nazirlikdən onu da bildiriblər ki, XI sinfi bitirənlərin yekun qiymətləri əvvəlcədən müəyyən edilmiş ümumi qaydalar üzrə hesablanacaq. Attestata yazılacaq yekun qiymət XI sinifdə yoxlama imtahanının nəticələri, illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Buraxılış imtahanlarından uğurla keçə bilməyən məzunlara isə attestat verilməyəcək. Belə ki, onlar yalnız məktəbi bitirmək haqqında arayışla təmin olunacaqlar.

Kateqoriya: Tehsil | Baxılıb: 838 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyun 2010  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024