Azərbaycanda noyabrın üç günü qeyri-iş günü elan olunub. Bu barədə Trend-ə Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib. İlk qeyri-iş günü noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. Qurban bayramı ilə əlaqədar noyabrın 16 və 17-si qeyri-iş günüdür.