Bu ildən Azərbaycanın bütün orta məktəblərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək Təhsil naziri Misir Mərdanov ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının aparılması barədə əmr imzalayıb. Azərbaycanın təhsil naziri Misir Mərdanov ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının aparılması barədə əmr imzalayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əmrdə göstərilir ki, 2010-11-ci dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla), peşə liseylərində, ötən dərs illərində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla, ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılacaq. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili və riyaziyyat, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçiriləcək. Ümumtəhsil məktəblərində və peşə liseylərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları gələn 13 fevral – 17 aprel tarixlərində keçiriləcək. Yoxlama imtahanları Bakıda fevralın 13-də, Şirvan, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayılda fevralın 20-də, Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçalada martın 13-də, Gəncə, Mingəçevir, Naftalan, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtərdə martın 27-də, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlıda aprelin 3-də, Sumqayıt, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızıda aprelin 10-da, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlaxda aprelin 17-də, peşə liseylərində fevralın 27-də olacaq. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları Şirvan, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayılda iyunun 2-də, Sumqayıt, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızıda iyunun 4-də, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlıda iyunun 7-də, Gəncə, Mingəçevir, Naftalan, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd, Tərtərdə iyunun 10-da, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz, Yevlaxda iyunun 13-də, Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçalada iyunun 16-da, Bakıda iyunun 17-də, peşə liseylərində aprelin 24-də olacaq. Məcburi köçkün rayonlarının işğal altında olan ərazilərinə aid ümumtəhsil məktəblərində buraxılış və yoxlama imtahanları onların məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək. 6. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə eksternat imtahanları gələn il iyunun 23-də Bakıda keçiriləcək. Təlim gürcü dilində olan məktəblərin IX (X) və XI (XII) siniflərində buraxılış imtahanlarının aparılması müvafiq rayon təhsil şöbələrinə tapşırılıb. Nazirlikdən bildirilib ki, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.
|