AMEA-ya əyani şöbədə fəlsəfə doktoru üzrə 176 yer, qiyabi şöbədə 39 yer ayrılıb Azərbaycan Nazirlər Kabineti (NK) Təhsil Nazirliyi istisna olmaqla, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və doktoranturalar yaradılan digər təşkilatların doktorantura pilləsinə qəbul planlarını təsdiqləyib. Bu barədə APA-ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, doktoranturaya qəbul üçün AMEA-ya əyani şöbədə fəlsəfə doktoru üzrə 176 yer, qiyabi şöbədə 39 yer ayrılıb. Doktoranturalar yaradılan digər təşkilatlara fəlsəfə doktoru üzrə əyani 108, qiyabi 81, elmlər doktoru pilləsi üzrə əyani 18, qiyabi 30, dissertantura yolu ilə fəlsəfə doktoru pilləsi üzrə 145, elmlər doktoru pilləsi üzrə 13 yer ayrılıb. Lakin A. Həşimov doktoranturaya qəbulun nə zaman keçiriləcəyinin hələ məlum olmadığını deyib: “Bunun üçün bəzi qaydalar hazırlamalıdır. Təsdiq olunan planlara uyğun qəbul olunanların elmi rəhbərlərlə təmin olunması, mövzuların verilməsi, iş şəraitinin yaradılması, düzgün yerləşdirilməsi işləri qalır ki, bunlar da xeyli vaxt tələb edir. Biz istəyirik ki, ali məktəbləri bu il qurtaranlar da imtahanlarda iştirak edə bilsinlər. Doktoranturaya qəbul imtahanının nə zaman keçiriləcəyi ilə bağlı son qərar Nazirlər Kabineti tərəfindən veriləcək”.
|