Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyun » 11 » Namaz
Namaz
10:25

AZAN
"Allahu əkbər" 4 dəfə
"Əşhədu ən la ilahə illəllah" 2 dəfə
"Əşhədu ənnə Muhəmmədən Rəsulullah" 2 dəfə
"Əşhədu ənnə Əmirəl-mu''mininə Əliyyən vəliyyullah" 2dəfə
(Bu zikr azanın tərkib hissəsi deyildir və savab qəsdi ilə deyilir.)
"Həyyə ələssəlat" 2 dəfə
"Həyyə ələlfəlah" 2 dəfə
"Həyyə əla xəyril əməl" 2 dəfə
"Allahu əkbər" 2 dəfə
"La ilahə illəllah" 2 dəfə

İQAMƏ
"Allahu əkbər" 2 dəfə
"Əşhədu ən la ilahə illəllah" 2 dəfə
"Əşhədu ənnə Muhəmmədən Rəsulullah" 2 dəfə
"Əşhədu ənnə Əmirəl-mu''mininə Əliyyən vəliyyullah" 2dəfə
(Bu zikr azanın tərkib hissəsi deyildir və savab qəsdi ilə deyilir.)
"Həyyə ələssəlat" 2 dəfə
"Həyyə ələlfəlah" 2 dəfə
"Həyyə əla xəyril əməl" 2 dəfə
"Qəd qamətissəlat" 2 dəfə
"Allahu əkbər" 2 dəfə
"La ilahə illəllah" 1 dəfə

NECƏ NAMAZ QILMALIYIQ
Namaz iki növ əməldən təşkil olunmuşdur:
Hərəkət və vəziyyətlər;
Tilavətlər.

Hərəkət və vəziyyətlər aşağıdakılardan ibarətdir:

Düz və aram dayanmaq;
Rüku; (əyilmək);
Səcdə; (alını yerə və ya möhürə qoymaq);
Təşəhhüd və salam demək üçün əyləşmək;
Tilavətlər (oxunuşlar) isə aşağıdakılardır:
Allahu əkbər;
Fatihə və surə;
Rüku və səcdələrin zikri;
Allah və Onun Rəsuluna şəhadət vermək, sonra Allahdan həzrət Peyğəmbər (s) və onun Əhli-beyti üçün bərəkət və rəhmət diləmək və daha sonra salam demək. Bununla da namaz sona yetir.
Bizə vacib olan gündəlik namazlar aşağıdakılardan ibarətdir:
- SÜBH namazı İki rəkət;
- ZÖHR namazı Dörd rəkət;
- ƏSR namazı Dörd rəkət;
- ŞAM namazı üç rəkət;
- XÜVTƏN namazı Dörd rəkət.
Namazın hər bir rəkəti qiyam (ayaq üstə durmaq), qiraət (oxunuş), rüku və səcdələrdən təşkil olunmuşdur. Hər iki rəkətdən sonra bir təşəhhüd və hər namazın sonunda isə bir təşəhhüd və bir salam oxunmalıdır. Cümə günlərində qılınan Cümə namazı Zöhr namazını əvəz edir və iki rəkət qılınır. İki rəkətdən ibarət olan Sübh namazının qılanma qaydasını öyrəndikdə, başqa vacib namazların qılınma qaydasını da öyrənmək sənin üçün asanlaşacaqdır.

NAMAZIN VACİBATI
Namazın vacib əməlləri 11-dir:
- Niyyət,
- Təkbirətul-ehram, (yə''ni namazın əvvəlində "Allahu əkbər" demək),
- Qiyam (yə''ni ayaq üstə durmaq),
- Qiraət,
- Rüku,
- Səcdə,
- Zikr,
- Təşəhhüd,
- Salam,
- Tərtib,
- Muvalat (yə''ni namazın hissələrini dalbadal, fasiləsiz demək).
NİYYƏT
İnsan namazın əvvəlindən axırına qədər nə etdiyini bilməli və onu Allah-Taalanın əmrini yerinə yetirmək niyyəti ilə qılmalıdır.
Təkbirətul-ehram
Namaz "Allahu Əkbər" deməklə başlayır və buna təkbirətul-ehram deyilir. çünki, bu təkbiri deməklə namazdan qabaq halal olan bir çox işlər (yemək, içmək, gülmək, ağlamaq və s.) namaz qılana haram olur. Təkbirətül-ehramı, habelə namaz əsnasındakı sair təkbirləri deyəndə əlləri qulaqların müqabilinə qədər qaldırmaq müstəhəbdir.

QİYAM
Qiyam"yə''ni ayaq üstə durmaq. Namaz qılan təkbirətül-ehramı və qiraəti qiyam halında, bədənin aram olduğu halda yerinə yetirməlidir.
"Həmd" surəsi
"Bismillahir-rəhmanir-rəhim"
"Əlhəmdu lillahi Rəbbil-aləmin"
"Ər-rəhmanir-rəhim"
"Maliki yovmiddin"
"İyyakə nə''budu və iyyakə nəstəin"
"İhdinəs-siratəl müstəqim"
"Siratəl-ləzinə ən''əmtə ələyhim"
"Ğəyril-məğzubi ələyhim vələzzallin"

"Tovhid" surəsi
"Bismillahir-rəhmanir-rəhim"
"Qul huvəllahu əhəd"
"Allahus-səməd"
"Ləm yəlid və ləm yuləd"
"Və ləm yəkun ləhu kufuvən əhəd"

TƏSBİHATİ-ƏRBƏƏ
Namazın üçüncü və dördüncü rəkətlərində, ya təkcə Həmd, ya da üç dəfə təsbihati-ərbəə. deyilməlidir Bir dəfə də deyilsə kifayətdir. "Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər." Kişilər və oğlanlar sübh, məğrib, işa namazının 1-ci və 2-ci rəkətində Həmdi və Surəni ucadan oxumalıdırlar. Qadınlar və qızlar naməhrəm şəxslər səslərini eşitməzsə, ucadan qıla bilərlər. Amma əgər naməhrəm onların səsini eşitsə, ehtiyat-vacibə görə ahəstə qılmalıdırlar. *Namazın üçüncü və dördüncü rəkətlərində Həmd, yaxud təsbihati-ərbəə alçaqdan, ahəstə oxunmalıdır. * Zöhr və əsr namazının 1-ci və 2-ci rəkətində də Həmd və Surə ahəstdə oxunmalıdır. Əgər insan namazı ucadan qılmalı olduğu yerdə qəsdən alçaqdan və ya alçaqdan qılmalı olduğu yerdə qəsdən ucadan qılsa namazı batildir.

Ruku
Namaz qılan hər rəkətdə qiraətdən sonra o qədər əyilməlidir ki, əllərini dizinə qoya bilsin. Bu əmələ "ruku" deyilir. Rukuda zikr demək vacibdir. Rukunun zikri deyildiyi vaxt, bədən aram olmalıdır. Əgər rüku həddinə qədər əyilməzdən və bədən aram olmazdan qabaq rükunun zikrini desə, namazı batildir. Əgər vacibi zikr qurtarmazdan əvvəl qəsdən başını rükudan qaldırsa, namazı batildir.

RUKUNUN ZİKRİ:
Üç dəfə "Subhanəllah" və ya
Bir dəfə "Subhanə Rəbbiyəl-əzimi və bi həmdih"

SƏCDƏ
"Səcdə" o əməldir ki, alın, əllərin içi, dizlərin gözü və iki ayağın baş barmağının usu yerə qoyulsun. Səcdə halında zikr demək vacibdir.

Səcdənin zikri:
Üç dəfə "Subhanəllah" və ya
Bir dəfə "Subhanə Rəbbiyəl-ə''la və bi həmdih".
Səcdənin zikri deyilən vaxt bədən aram olmalıdır.
Namaz qılan şəxs səcdədə alnını yerə, yaxud yerdən göyərib geyilib, yeyilən olmayan şeylərə (çubuq, ağas yarpağı və s.) qoymalıdır. Səcdə üçün hər şeydən yaxşı Həzrət Seyyiduş-Şühəda İmam Hüseyn (əleyis-salam)-ın türbətidir. Ondan sonra: * adi torpaq; * daş; * bitgilər.

TƏŞƏHHÜD
Vacibi namazların ikinci və axırıncı rəkətində ikinci səcdədən sonra oturub bədənin aram olduğu halda təşəhhüd oxumalıdır. Yə''ni deməlidir: "Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh. Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd."

SALAM
Namazın axırıncı rəkətində təşəhhüddən sonra salamı deyib namazı qurtarmaq lazımdır. "Əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuh". "Əssəlamu ələyna və əla ibadillahis-salihin". "Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh"

TƏRTİB
Namaz gərək bu tərtiblə qılınsın:
Niyyət, təkbirətül-ehram, qiraət, rüku, səcdə və ikinci rəkətdə səcdələrdən sonra təşəhhüd və axırıncı rəkətdə təşəhhüddən sonra salam desin.

MUVALAT
Muvalat"yə''ni namazın hissələrini bir-birinin ardınca yerinə yetirməli, aralarında fasilə salmamalıdır.

Namazin müstəhəb əməlləri
Namazdan qabaq azan-iqamə, xüsusilə iqamə demək çox bəyənilmiş əməllərdən biridir. Bu isə vacib namazlara aiddir və müstəhəb namazlarda azan və iqamə demək müstəhəb sayılmır.
Azan və iqaməni başqasından da dinləmək kifayətdir. Elə buna görə də camaat namazı üçün bir nəfər azan və iqamə deyə bilər.
İslam Peyğəmbəri Həzrət Məhəmmədin (səlləllahu ələyhi və alihi və səlləm) adını azan və iqamədə dilə gətirdikdə, Ona və Əhli-beytinə (ə) salavat göndərmək, həmçinin azan və iqamədə həzrət Əmirəl-möminin (ə)-ın vilayətinə şəhadət vermək müstəhəbdir.
Azan ilə iqamənin üç fərqi vardır:
Azanın əvvəlində deyilən təkbir dörd dəfə, iqamədə isə iki dəfədir;
Azanın sonunda deyilən "La ilahə illəllah" sözü iki dəfə, iqamədə isə bir dəfədir.
İqamədə "həyyə əla xəyril əməl" sözündən sonra "Qəd qamətis-səlah" sözü əlavə olunur.

Namazda yalnız namazın əvvəlində deyilən təkbirətül-ehram vacibdir. Rükudan qalxdıqda, səcdələrə getməzdən əvvəl və birinci səcdədən sonra, həmçinin ikinci səcdədən qabaq və sonra deyilən təkbirlər isə müstəhəbdir. Təkbir dedikdə əlləri qaldırmamaq olar. Amma təkbir deyərkən əlləri barmaqları bitişdirən halda qulaqların müqabilinədək qaldırmaq müstəhəbdir. Bu isə Allah-taala qarşısında təslim olmaq mənasındadır. Rüku və səcdələrdə çoxlu zikr demək; (məsələn, Subhanəllah zikrini beş və ya yeddi dəfə və ya daha artıq təkrar etmək, həmçinin rüku və səcdədə həzrət Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) salavat göndərmək müstəhəbdir. Təşəhhüddən qabaq "Əlhəmdulillah" və ya "Bismillahi və billah və əsmaul-husna lillah" sözlərini deyib daha sonra təşəhhüdü oxumaq, həmçinin təşəhhüddən sonra "Və təqəbbəl şəfaətəhu vərfə dərəcətəh" zikrini də demək müstəhəb sayılır. Namazın növbəti rəkətlərinə qalxdıqda "Bihəvlillahi və quvvətihi əqumu və əqud" zikrini demək müstəhəbdir. Namazın ikinci rəkətinin rükusundan qabaq qunut tutmaq (yəni dünya və axirət işləri üçün dua etmək) müstəhəbdir. Həmçinin qunutda öz hacətlərini və habelə haqqında dua etmək məsləhət olan şəxslər üçün dua etmək də caizdir. Qeyd etmək lazımdır ki, qunutu əlləri qaldırmadan da oxumaq olar, amma yaxşı olar ki, qunut oxuyan halda əlləri çənənin bərabərinə qədər açıq halda qaldıraq. Namazın rüku, səcdə və digər əsnasında dua edib Allahdan hacətlərini istəmək caizdir. Hər bir namaz öz vaxtında məsciddə qılınsa daha yaxşı olar, xüsusi ilə Sübh, Məğrib və İşa namazlarını camaatla birgə qılmaq müstəhəb sayılır. Namazda təmkinli olmaq müstəhəb, onu sürətlə qılmaq isə məkruhdur. Namazı düşüncə ilə qılıb Allahı yad etmək müstəhəbdir. Belə ki, namazda hər nə qədər özünü mülahizə etsən, fikrin başqa işlərə gedəcəkdir. Allah-taala Qurani-kərimdə buyurmuşdur: "Qəd əfləhəl muminun. Əlləzinə hum fi səlatihim xaşiun" "Həqiqətən möminlər nicat tapmışlar"! O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)" (Muminun surəsi/1-2).

NAMAZI BATIL EDƏN ŞEYLƏR

Namaz qılan şəxs təkbirətül-ehramı deyərək namaza başlayandan qurtarana qədər bə''zi işlər ona haram olur. Əgər namaz halında onların birini etsə namazı batildir. O cümlədən:

Danışmaq, bilərəkdən, mə''nası olan iki hərf;
Gülmək, bilərəkdən, uca səslə;
Ağlamaq, dünya işləri üçün, uca səslə;
Üzü qiblədən başqa tərəfə döndərmək;
Yemək və içmək;
Namazın surətini (formasını) pozmaq;
Namazın rükünlərini azaltmaq və ya çoxaltmaq. Rükun olmayan yerlərdə əgər bilərəkdən edərsə batil, səhvən edərsə səhihdir.
İki və üç rükətli namazlarda birinci və ikinci rükətlərdə şəkk edərsə;
Namazın şərtlərini aradan aparan şeylər;
Dəstəmazın aradan getməsi;
Əlini əlinin üstünə qoyma;
Həmddən sonra "Amin" demək.

Namazda məkruh olan şeylərdən bə''zisi

Gözləri yummaq;
Əllərlə, barmaqlarla oynamaq;
Həmdi və ya Surəni oxuyanda və ya zikrləri deyən vaxtda başqasının sözünü eşitmək üçün səsi alçaltmaq;
Allah dərgahında xüzu və xüşunu aradan aparan hər hansı bir işlə məşğul olmaq;
Üzü azacıq sağa və ya sola döndərmək (çünki çox döndərmək namazı batil edir).
NAMAZIN TƏRCÜMƏSI
Təkbirətul-ehram: "Allahu əkbər"
Allah hər şeydən böyükdür.

Həmd surəsi:
"Bismillahir-rəhmanir-rəhim"
Bağışlayan və mehriban Allahın adı ilə.
"Əlhəmdu lillahi Rəbbil-aləmin"
Həmd-səna və tərif aləmlərin Rəbbi olan Allah üçündür.
"Ər-rəhmanir-rəhim"
Rəhm edənlərin rəhm edənidir.
"Maliki yovmiddin".
Qiyamət gününün sahibidir.
"İyyakə nə''budu və iyyakə nəstəin".
İlahi! Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
"İhdinəs-siratəl müstəqim"
Bizi doğru yola hidayət et.
"Siratəl-ləzinə ən''əmtə ələyhim"
O kəslərin yoluna ki, onlara nemət vermisən,
"Ğəyril-məğzubi ələyhim vələzzallin".
qəzəb etdiyin şəxslərin və azğınların yoluna yox.

İxlas (Tovhid) surəsi:
"Bismillahir-rəhmanir-rəhim"
Bağışlayan və mehriban Allahın adı ilə.
"Qul huvəllahu əhəd"
De ki, odur yeganə Allah.
"Allahus-səməd"
(O) Allah ehtiyacsızdır.
"Ləm yəlid və ləm yuləd"
Doğmayıb, doğulmayıb
"Və ləm yəkun ləhu kufuvən əhəd"
Və ona tay olan bir kəs yoxdur.

Rükunun zikri:
"Subhanə Rəbbiyəl-əzimi və bihəmdi"
Mənim böyük Pərvərdigarımı hər eyb və nöqsandan pak və münəzzəh bilib Ona həmd-sitayiş edirəm.

Səcdənin zikri
"Subhanə Rəbbiyəl-ə''la və bihəmdih"
Mənim hamıdan uca məqamlı Pərvərdigarımı hər eyb və nöqsandan pak və münəzzəh bilib Ona həmd-sitayiş edirəm.

Təsbihati-ərbəənin tərcüməsi
"Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər"
Hər eyb və nöqsandan pak və münəzzəhdir Allah, həmd, tə''rif yalnız Allaha məxsusdur, Allahdan başqa heç bir mə''bud yoxdur. Allah hamıdan böyükdür.

Təşəhhüd:
"Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh. Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd."
Allaha həmd-səna və tərif olsun. Şəhadət verirəm ki, Allahdan başqa ayrı bir məbud yoxdur və şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və elçisidir. Ey mənim Allahım! Məhəmməd və Onun ailəsinə öz rəhmətini göndər.

Sübh namazını qılmaq qaydası

1-Dəstəmaz aldıqdan sonra üzü qibləyə duraraq niyyət edirsən:

«Sübh namazını qılıram vacib qürbətən iləllah»

2-Sonra təkbirətul-ehram (Allahu əkbər sözünü) deyirsən.

3-Sonra həmin halda Fatihə surəsini, daha sonra «Ixlas» və ya Qur'anın böyük və kiçik surələrindən hər hansı birini oxuyursan.

Fatihə surəsi:
Bismillahir-rəhmanir-rəhim. Əlhəmdulillahi Rəbbil aləmin. Ər-rəhmanir-rəhim. Maliki yəvmiddin. Iyyakə nə'budu və iyyakə nəstəin. Ihdinəs-siratəl mustəqim. Siratəlləzinə ən'əmtə ələyhim, ğəyril məğzubi ələyhim vələzzallin.

Ixlas surəsi isə belədir:
Bismillahir-rəhmanir-rəhim. Qul huvəllahu əhəd. Allahussəməd. Ləm yəlid vələm yuləd. Vələm yəkun ləhu kufuvən əhəd.

4-Sonra rükuya gedir (yə'ni əllər dizlərə çatanadək əyilirsən) və bədən aram olduqdan sonra üç dəfə «Subhanəllah» deyirsən.

5-Zikrləri dedikdən sonra ayağa qalxaraq düz durursan.

6-Daha sonra Allah-taala hüzurunda səcdəyə düşürsən. Səcdə halında alın, əllərin içi, dizlər və ayaqların baş barmaqları yerə qoyulmalıdır. Baş barmaqdan başqa barmaqların da yerə qoyulmasının heç bir eybi yoxdur. Səcdədə də bədən aram olduqdan sonra üç dəfə «Subha-nəllah» deyirsən:

7-Daha sonra səcdədən qalxıb əyləşirsən.

8-Sonra ikinci dəfə səcdəyə gedərək birinci səcdədəki kimi üç dəfə «Subhanəllah» zikrini deyirsən.

9-Sonra səcdədən qalxaraq əyləşirsən.

10-Ikinci səcdədən sonra bir daha ayağa qalxır, həmçinin Fatihə və Ixlas surələrini oxuyursan.

11-Hər bir namazın ikinci rəkətində ixlas surəsi sona yetdikdən sonra qünut tutub, dua etmək müstəhəbdir. Qunutda hər hansı bir duanı oxuya bilərsən.

12-Daha sonra rükuya gedib üç dəfə «Subhanəllah» zikrini deyirsən.

13-Sonra rükudan qalxıb bir an dayanırsan.

14-Daha sonra səcdəyə gedib birinci rəkətdə olduğu kimi iki səcdəni «Subhanəllah» zikri ilə yerinə yetirirsən.

15-Sonra isə əyləşərək təşəhhüd və salamı oxuyursan.

Əşhədu əlla ilahə illəllah, vəhdəhu la şərikə ləh və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh. Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd.Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh. Əssəlamu ələyna və əla ibadillahis-salehin. Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.
(Namazın salamını dedikdən sonra üç dəfə Allahu əkbər demək müstəhəbdir.
Bununla da Sübh namazı sona çatır.
Zöhr, Əsr və Işa namazlarını qıldıqda isə ikinci rəkətin təşəhhüdünü dedikdən sonra salam demədən ayağa qalxır və fatihə surəsi əvəzinə təsbihat-ərbəə adlı aşağıdakı zikri üç dəfə deyirsən:«Subhanəllahi vəlhəmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər»
Sonra qeyd olunduğu kimi rüku və səcdələri yerinə yetirirsən.
Daha sonra yenidən ayağa qalxıb təsbihat-ərbəəni üç dəfə deyirsən.Sonra rüku və səcdələri yerinə yetirirsən.Daha sonra əyləşən halda təşəhhüd və salamı deyib namazı bitirirsən.Məğrib namazı isə üç rəkətli olduğu üçün üçüncü rəkətin rüku və səcdələrindən sonra əyləşib təşəhhüd və salamı oxuyursan. Bu isə namazın vacib olan hissəsindən ibarətdir və bu tərzdə qılınan namaz alimlərin fətvasına əsasən düzgündür.

Kateqoriya: Din ve Muzakireler | Baxılıb: 895 | Elave eden: ANAR_PUSU | Reytinq: 5.0/1 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyun 2010  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Axtarış

Dost saytlar

Statistika

online 3
Qonaqlar 3
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024