Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2011 » Aprel » 21 » “Ən yaxşı məktəb” müsabiqəsinin III turu başa çatıb
“Ən yaxşı məktəb” müsabiqəsinin III turu başa çatıb
17:44

2010-2011-ci dərs ilində keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin III turu başa çatıb və "Ən yaxşı müəllim" müsabiqəsi isə davam edir.

Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli sərəncamına uyğun olaraq 2010-2011-ci dərs ilində keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin III turu başa çatıb və "Ən yaxşı müəllim" müsabiqəsi isə davam edir.

Builki "Ən yaxşı müəllim" müsabiqəsində iştirak üçün 425 müəllim sənəd təqdim edib. Onlardan 10-nun sənədi müvafiq tələblərə cavab vermədiyi üçün baxılmayıb, 415 müəllimin sənədi isə ekspertizadan keçirilib.

Sənəd verənlərdən 156 nəfər (37,5 faiz) Bakının, 42 nəfər (10 faiz) Təhsil Nazirliyinin nəzdindəki məktəblərin, 39 nəfər (9,3 faiz) Sumqayıtın, 178 nəfər isə digər rayon və şəhərlərin müəllimləridir. Bu il Naftalan şəhəri, Ağdam, Qobustan, Daşkəsən, Yardımlı, Kəlbəcər, Neftçala, Gədəbəy, Laçın, Tərtər, Saatlı, Sabirabad, Xocavənd, Xocalı rayonlarının məktəblərindən heç bir müəllim müsabiqəyə sənəd təqdim etməyib.

"Ən yaxşı müəllim" müsabiqəsinə sənədləri qəbul edilmiş müəllimlərin göstəricilərinin ekspertizasının nəticələrinə görə, 415 nəfərdən 217-si (52,2 faiz) 1,3–3,8 civarında bal toplayaraq müsabiqənin ikinci mərhələsində iştirak etmək hüququ qazanıb ki, bu da ötən ildəkindən 13 nəfər çoxdur. Müsabiqənin ikinci mərhələsində iştirak edən 217 nəfərdən 57-si ibtidai sinif, 35-i ingilis dili, 25-i Azərbaycan dili və ədəbiyyat, 23-ü tarix, 20-si riyaziyyat, 12-si coğrafiya, 11-i biologiya, 9-u fizika, 6-sı fransız dili, 5-i kimya, 4-ü informatika, 2-si alman dili, 2-si musiqi, 2-si rus dili (rus bölməsi), 1-i fiziki tərbiyə, 1-i gənc­lərin çağırışaqədərki hazırlığı, 1-i rus dili (Azərbaycan bölməsi), 1-i təsviri incəsənət müəllimidir.
Müsabiqədə iştirak edən 217 müəllimdən 55–nin təqdimatı müvafiq komissiya tərəfindən qiymətləndirilib. Gələn ayın sonunadək qalan müəllimlərin təqdimatlarının da dinlənilərək qiymətləndirilməsi nəzərdə tutulur.

Yekun nəticələrə görə onlardan ən yaxşı 95-i müsabiqənin qalibi adına layiq görüləcəkdir. "Ən yaxşı müəllim" müsabiqəsinin 5 qalibi isə hər il olduğu kimi, Naxçıvan Muxtar Respublikasının müəllimləri arasından seçiləcək.

Bu il "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində iştirak üçün respublikamızın əksər bölgələrini təmsil edən 145 məktəb Təşkilat Komitəsinə müraciət edib. Bu isə keçən illə müqayisədə 22 məktəb çoxdur. Onlardan 63-ü (43 faiz) Bakının, 82-si (57 faiz) digər rayon və şəhərlərin məktəbləridir.
İştirak üçün sənədləri qəbul edilmiş məktəblərin göstəriciləri əvvəlki illərdə olduğu kimi, 10 ballıq sistem üzrə qiymətləndirilib. Ekspertizanın nəticələrinə görə, 145 məktəbdən 108-i (74 faiz) 2,3–7,8 arasında bal toplayaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Onlardan 4 məktəbin direktoru üzrlü səbəblərdən üçüncü mərhələdə – təqdimat mərhələsində iştirak etməyib. Müvafiq qaydalara görə, 104 məktəb üzrə ikinci mərhələnin nəticələri isə IX və XI sinif şagirdlərinin yoxlama imtahanlarında fənlər üzrə əldə etdikləri keyfiyyət faizi əsasında müəyyənləşdiriləcək (hazırda bu istiqamətdə iş aparılır). Artıq III turu başa çatmış müsabiqənin hər üç mərhələsinin nəticələrinə Təşkilat Komitəsində baxılaraq qalib olan 47 ümumtəhsil məktəbi müəyyən ediləcək. "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin 3 qalibi isə ötən illərdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasının tədris ocaqları arasından seçiləcək.

Kateqoriya: Tehsil | Baxılıb: 828 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024