Müasir dövrdə nəinki kişilərin, hətda qadınların belə ən zərərli vərişlərindən biri siqaret çəkməkdir. Siqaret çəkənlərin arasında müsəlmanlar da az deyil. Əgər siqareti atmaq istəyirsinizsə, avstraliyalı alimin yeni iddiası sizə kömək edə bilər. Sən demə, siqaretin tərkibində donuz qanı var.
Sidney Universitetinin professoru Simon Şapman siqaretin filtrinin hazırlanmasında donuz qanından istifadə edilə biləcəyini açıqlayıb. Hollandiyada aparılan araşdırmaya əsaslanan alim donuz qanındakı hemoqlobinin qandan zərərli kimyəvi maddələri süzmə özəlliyi olduğu üçün istifadə edilə biləcəyini qeyd edib:
"İnancları ilə bağlı olaraq donuz və donuz məhsullarından istifadə etməyən insanlar üçün bunu düşünmək belə qorxuludur. Bu məsələni aydınlaşdırmaq tütün şirkətlərinin siqaretin tərkibini "ticarət sirr"i olduğuna görə açıqlamamaları ucbatından çətinləşir".
Qeyd edək ki, artıq Yunanıstandakı siqaret markalarından birinin donuz hemoqlobinindən istifadə etdiyi dəqiqləşib.