Almaniya millisi Uruqvayı 3-2 hesabı ilə məğlub edib.Bununla da almanlar futbol tarixində 4-cü, ard-arda isə ikinci dəfə dünya üçüncüsü oldular. Cənubi Afrikada keçirilən futbol üzrə Dünya Çempionatının bürünc medalının sahibi artıq bəllidir. Bu ötən gün Uruqvay millisi ilə qarşılaşan Almaniyadır. Uruqvayı 3-2 hesabı ilə məğlub edən almanlar mundialı üçüncü pillədə tamamlayıblar.
Yağış altında keçirilən oyunun ilk hissəsi 1-1 hesabı ilə bitib. Qolların müəllifləri isə Tomas Müller və Edinson Cavani olub. İlkinci hissədə Uruqvay Diyeqo Forlanın atdığı qol ilə hesabda önə çıxıb. Bundan sonra Almaniya millisinin oyunçuları Marsel Yansen və Sami Hedira baş zərbəsi ilə vurduqları hərəyə bir qolla komandalarının qalibiyyətini rəsmiləşdiriblər.
Qeyd edəd ki, Almaniya millisinin bir necə oyunçusu - Miroslav Kloze, Tomaş Podolski, komandanın kapitanı Fillip Lamm və qapıçısı Manuel Noyner müxtəlif səbəblərə görə matçda iştirak edə bilməyiblər.
Onu da qeyd edək ki, Almaniya yığması futbol tarixində 4-cü, ard-arda isə ikinci dəfə dünya üçüncüsü oldular.Almanlar 2002-də ikinci, 2006-da isə üçüncü yerin sahibi olmuşdular.
Qeyd edək ki, bu gün DÇ-nın final mərhələsi olacaq. Finalda qalib adı uğrunda Hollandiya və İspaniya komandaları qarşılaşacaqlar.Bununla da ən böyük futbol bayramı olan dünya çempionatı başa çatacaq.Növbəti dünya çempionatı 2014-cü ildə Braziliyada keçiriləcək.