Dünya Çempionatı – 2010-nun Təşkilat Komitəsinin nümayəndəsi Riç Mixondo vuvuzelaların stadionlarda səsləndirilməsinə qadağa qoyulmayacağını bildirib.
“Vuvuzelaların səsləndirilməsinə CAR-da heç vaxt qadağan olunmayacaq. Bu musiqi aləti afrikalıların mədəniyyətinin tərkib hissəsidir. Biz mundialda iştrak edən qonaqları mədəniyyətimizə hörmətlə yanaşmağa çağırırıq”,-deyə Mixondo bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl vuvezalanın mundial zamanı səsləndirilməsinə qadağa qoyulacağı ilə bağlı FİFA nümayəndələri fikir səsləndirmişdilər. Qeyd edək ki, fil səsinə bənzər vızıltılısı səs çıxardan bu alətdən CAR-a gələn turistlər, həmçinin futbol oyunlarını teıeviziyadan izləyən azarkeşlər çox şikayət edirlər.