Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyun » 18 » Moskva Dövlət Universitetinin Bakı Filialına 100 tələbə qəbul oluna bilər
Moskva Dövlət Universitetinin Bakı Filialına 100 tələbə qəbul oluna bilər
13:13

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı 2010/2011-ci tədris ili üçün bakalavr pilləsinə sənəd qəbulu elan edib.

Müsabiqədə rus bölməsinin abituriyentləri iştirak edə bilər. Lent.az-ın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, filiala tələbə qəbulu yalnız 4 ixtisas üzrə aparılacaq. Bunlar filologiya, tətbiqi riyaziyyat, kimya və psixologiya ixtisaslarıdır.

Moskva Dövlət Universitetinin Bakı Filialına Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir. Məleykə Abbaszadə bildirib ki, universitetin yaratdığı qəbul komissiyası tərəfindən aparılan müsabiqədə orta məktəbin Azərbaycan bölməsini rus dili fənni üzrə “əla” və “yaxşı” qiymətlə bitirən və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanlarında 350 və daha artıq bal toplayan abituriyentlər də qəbul sınaqlarında iştirak edə bilərlər.

Xatırladaq ki, filiala qəbul üçün ayrılan plan yerlərinin ümumi sayı 100-dür. Bunlardan 25-i filologiya, 25-i tətbiqi riyaziyyat, 25-i kimya, 25-i isə psixologiya ixtisası üçün nəzərdə tutulub.

Kateqoriya: Tehsil | Baxılıb: 839 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyun 2010  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024