Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyuL » 5 » Misir Mərdanov: “I sinfə qəbul köhnə qaydada aparılacaq”
Misir Mərdanov: “I sinfə qəbul köhnə qaydada aparılacaq”
12:33

Təhsil naziri şagird qəbulu qaydalarında elə bir ciddi yenilik olmadığını deyib

“2010-2011-ci tədris ili üçün I sinfə şagird qəbulu qaydalarında elə bir ciddi yenilik yoxdur. Hazırda məktəblər adi və köhnə qaydada şagirdlərin qəbulunu aparır”. Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib. O qeyd edib ki, sentyabrın 15-dək 6 yaşı tamam olmuş uşaqlar adi qaydada məktəbə müraciət etməklə I sinfə qəbul oluna biləcəklər. Nazir I sinfə qəbulla bağlı Təhsil Nazirliyində komissiyanın yaradılması barədə məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb.

M.Mərdanovun sözlərinə görə, noyabrın axırınadək 6 yaşı tamam olmayan, lakin istedadlı uşaqların valideynləri ola bilər ki, övladlarının I sinfə qəbul olunmasını istəsinlər. Yalnız belə uşaqlar üçün Təhsil Nazirliyində xüsusi qrup yaradılıb. Həmin qrupda psixoloq da var.

Nazir bildirib ki, noyabrın axırınadək 6 yaşı tamam olmayan, lakin xüsusi istedad və bacarığa malik uşaqların valideynləri onların I sinfə qəbul olunmalarını istəyirsə, bu halda həmin qrup uşaqların istedad və bacarıqlarını, psixoloji durumunu yoxlayaraq, onların I sinfə qəbul olunub-olunmamasına dair ilkin qərar verəcək.

Kateqoriya: Tehsil | Baxılıb: 823 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyuL 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024