"Elmlər Akademiyası" stansıyasında sərnişin sıxlığı yaranıb Bu gün axşam saat 18:00 radələrində Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansıyasında problem yaranıb. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, “Azadlıq” stansiyası istiqamətində hərəkət edən qatarlardan birinin qapısı bağlanmayıb.
Problemi həll edə bilməyən metropoliten işçiləri sərnişinlərin vaqondan çıxmasını tələb edib. Nəticədə qatarların hərəkətində problem və platformada sərnişin sıxılığı yaranıb. Təxminən 7-8 dəqiqə sonra problem aradan qaldırılıb.
Lakin platformadakı sərnişin sıxlığının təxminən 20-25 dəqiqə davam etdiyi bildirilir.
ANS PRESS
Qeyd edək ki, metronun bu stansiyası həmişə insan sıxlığı ilə müşaiyyət olunub.Buna əsas səbəb isə stansiyanın yaxınlığında bir neçə unuversitet və məktəbin olmasıdır.