Rusiya Dövlət Başçısı Dmitri Medvedev, Gorgi rezidansında canlı musiqi sədaları altında diskoteka rəqsi edərək diqqəti cəlb etdi.
Cib telefonuyla çəkilən görünüş, Rus saytlarına qoyulunca izləmə rekordu qırmağa başladı. 1980 və 1990-cı illərin məşhur Rus pop qrupu Kombinatsiyanın "American Boy" musiqisi sədaları altında rəqs edən Medvedevin mühitə sevinc qatması diqqətlərdən qaçmadı.
Rusiya Başçısına Rus şou yumor qrupu Comedy Clubun şovmeni Erməni əslli Garik Martirosyan da yoldaşlıq edərək temp tutur. 1 Aprel günü Medvedev, Comedy Clubu öz mövqe otağında ağırlamışdı. Rus mətbuatı, Medvedevin rəqs görünüşlərinin keçdiyimiz 1 Apreldə çəkilmiş ola biləcəyini yazdı.
Rusiya lideri daha əvvəl də Kremlin gənclik təşkilatı düşərgəsində gənclərlə rəqs etmişdi.