Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2011 » Aprel » 18 » Mayın 1-dən mobil əlaqədə kontur sistemi ləğv olunacaq
Mayın 1-dən mobil əlaqədə kontur sistemi ləğv olunacaq
18:37

Azərbaycanda bütün mobil operatorlar manat əsaslı ödəmə sistemi ilə işləyəcək

Mayın 1-də Azərbaycanda mobil operatorlarda kontur sisteminə son qoyulacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, həm “Bakcell”, həm də “Azercell”lə şirkətləri ilə kontur sistemindən manat əsaslı ödəmə sisteminə keçidə dair razılıq əldə olunub: ““Nar” və “Azerfon” abunəçiləri artıq çoxdandır ki, manat-əsaslı sistemlə mobil rabitədən istifadə edirlər. Biz digər operatorlarla da razılıq əldə etmişik və mayın 1-dən bütün mobil operatorlar manat əsaslı sistemə keçəcək. Bu sistem həm şəffaflığı, həm də müştərilərin rahatlığını təmin edəcək”.

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, mayın 1-dən etibarən «Azercell» manat tarifikasiyasının tətbiqinə başlayacaq: «Abunəçilərimizin maraq və mənafeyini nəzərə alaraq danışıq qiymətlərində heç bir bahalaşma olmayacaq. Bununla belə, bəzi endirimlər gözlənilir. Manat tarifikasiyası barədə aprel ayının sonunda istifadəçilərə ətraflı məlumat veriləcək».

Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkətindən isə «APA-ECONOMICS»ə bildirilib ki, şirkətin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qarşısında manat tarifikasiyasına mayın 31-dək keçidlə bağlı öhdəliyi var: «Bizim öhdəliyimiz gələn ayın sonuna kimidir. Lakin artıq kontur sisteminin ləğv edib manat tarifikasiyasına keçid istiqamətində bir çox işlər görülüb ki, «Bakcell» yeni ödəniş sisteminin tətbiqinə demək olar ki hazırdır. Bizim iyun ayınadək vaxtımız var, lakin çox güman ki, manat tarifikasiyasının tətbiqinə bir qədər tez başlanacaq». Şirkətdən həmçinin bildirilib ki, tariflərdə heç bir dəyişiklik olmayacaq, kontur sistemində tətbiq olunan danışıq haqları manat ekvivalentində olan tariflərlə əvəzlənəcək.

Qeyd edək ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bir müddət əvvəl ölkədə fəaliyyət göstərən mobil rabitə operatorlarını tənqid edərək onlardan bəzilərinin hələ də kontur sistemindən manat əsaslı ödəmə sisteminə keçməmələrini pisləmişdi.

Xatırladaq ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda aktiv mobil telefon abunəçilərinin sayı ötən ilin I rübü ilə müqayisədə 13,6% və ya 335,4 min artaraq 7,2 mln. təşkil edib.

Kateqoriya: Muxtelif | Baxılıb: 723 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024