Onlar iyulun 19-dək qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçə bilərlər.
2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanlar iyulun 19-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcəkdir.