Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyun » 22 » Magistraturaya qəbul imtahanlarının nəticələri açıqlandı
Magistraturaya qəbul imtahanlarının nəticələri açıqlandı
19:35

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010-cu il iyunun 20-də Bakı və Naxçıvan şəhərlərində cari tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirmişdir.

İmtahanda iştirak etmək hüququna 6629 bakalavr malik idi.
Onlardan 77 nəfəri imtahana gəlməyib.

Buraxılış rejimində bakalavrlardan 2 nəfərinin imtahan binasına köməkçi vasitələr keçirrməsi aşkarlanmış, onların barəsində akt tərtib olunmuş və imtahana buraxılmamışlar.

Nəticələr 2010-cu il iyunun 22-də saat 13:30-dan etibarən TQDK-nın internet səhifəsində yerləşdirilmişdir. Bakalavrlar topladıqları ballar haqqında məlumatı "İmtahancell" xidmətindən də öyrənə bilərlər. Bunun üçün iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərmək kifayətdir.

Təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşma seçiminə və müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi bal (balların cəmi) 75-dən, o cümlədən ixtisas üzrə testlərdən (essedən, tərcümədən, suallar üzrə yazılı cavablardan) topladığı bal 20-dən az olmayan bakalavrlar buraxılmışlar. Tədrisi ingilis dilində olan ixtisaslaşmalar üzrə müsabiqədə iştirak etmək üçün isə, bunlarla yanaşı, bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalıdır.

Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə ixtisaslaşma seçiminə və müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi bal (balların cəmi) 100-dən (27-ci və 65-ci proqramlar üzrə- 80-dən), o cümlədən ixtisas üzrə testlərdən (essedən, tərcümədən, suallar üzrə yazılı cavablardan) topladığı bal 20-dən az olmayan bakalavrlar buraxılmışlar. Tədrisi ingilis dilində olan ixtisaslaşmalar üzrə müsabiqədə iştirak etmək üçün isə, bunlarla yanaşı, bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalıdır.

Nəticələrə əsasən 5238 bakalavr ixtisaslaşma seçimində və müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 1578 nəfəri dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə ixtisaslaşma seçimində və müsabiqədə iştirak edə biləcəklər.

Müsabiqə şərtlərini ödəyən bakalavrlar ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün 2010-cu il iyunun 22-dən 25-dək internet vasitəsi ilə ixtisaslaşma seçimi aparırlar.

İxtisaslaşma seçimində hər bir bakalavr 20-dək ixtisaslaşma kodu seçə bilər. Bakalavrın seçdiyi ixtisaslaşmalar onun imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olmalıdır ( ixtisaslaşma seçimi cədvəli “Magistr” jurnalının 2010-cu il 3-cü sayında dərc olunub).

Kateqoriya: Tehsil | Baxılıb: 853 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyun 2010  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024