Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyun » 16 » Magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak edəcək bakalavrların proqram seçimi başa çatıb
Magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak edəcək bakalavrların proqram seçimi başa çatıb
17:52

Magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak edəcək bakalavrların proqram seçimi başa çatıb

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinə buraxılmış bakalavrların internet vasitəsilə qəbul proqramını seçib təsdiq etmələri üçün ayrılmış vaxt iyunun 12-də başa çatıb.

İlkin statistik məlumatlara əsasən qəbul imtahanının ikinci mərhələsində iştirak hüququ olan bakalavrlardan 6612 nəfəri qəbul proqramını seçərək təsdiqləyib.

Bundan sonra, bakalavrlar 2010-cu il iyunun 17-dən 19-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.

Qəbul imtahanının ikinci mərhələsi 2010-cu il iyunun 20-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılacaq. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq.

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar 2010-cu il iyunun 22-dən 25-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimi aparacaqlar.

Təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşmaları seçmək (müsabiqədə iştirak etmək) hüququnu qazanmaq üçün bakalavrın iki mərhələ üzrə imtahandan topladığı ümumi bal (balların cəmi) 75-dən, o cümlədən ixtisas üzrə testdən (essedən, tərcümədən, suallara yazılı cavabdan) topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslaşmaları seçmək üçün isə, bunlarla yanaşı, imtahanın birinci mərhələsində bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalıdır.

Dövlət sifarişi ilə qəbul aparılan ixtisaslaşmaları seçmək (müsabiqədə iştirak etmək) hüququnu qazanmaq üçün tələb olunan müsabiqə şərtləri ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən müəyyən edilir.

Kateqoriya: Tehsil | Baxılıb: 943 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyun 2010  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024