Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Aprel » 13 » Magistraturaya imtahanın vaxtı açıqlandı
Magistraturaya imtahanın vaxtı açıqlandı
09:26

Sənəd qəbulu isə artıq başalanılıb.

“Magistr” jurnalının 2-ci sayı nəşr olunmuşdur

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Magistr” xüsusi buraxılışının 2-ci sayı nəşr edilmişdir. Nəşrdə aşağıdakı materiallar öz əksini tapmışdır:

<span style="color:blue">2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına tələbə qəbulu elanı

Magistraturaya ərizə verən bakalavr üçün təlimat, “Bakalavrın elektron ərizəsi”nin doldurulma qaydası və “Bakalavrın tlektron ərizəsi” formasının nümunəsi
ümumi intellekt səviyyəsini ( məntiqi təfəkkürü), informatika, riyaziyyat və xarici dili bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri və onların düzgün cavabları

Respublika ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu

Sənədlərin qəbulu internet vasitəsi ilə aşağıdakı qaydada aparılır: Bakalavr 2010-cu il aprelin 12-dən 19-dək şəxsiyyət vəsiqəsindən və "TQDK-nın ödəmə kartı"ndan istifadə etməklə Komissiyasının mü¬va¬fiq internet səhifəsi¬nə daxil olur və oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur. TQDK-nın ödəmə kartını TQDK-nın binasından, Respublikanın bütün şəhər və rayon poçt şöbələrindən, eləcə də kredit kartla ödəməklə TQDK-nın internet saytından əldə etmək olar.
Bakalavrlar ərizələrini təsdiq etdirmək üçün 2010-cu il aprelin 12-dən 19-dək (bazar günü istisna olmaqla) saat 9-dan 17-dək müvafiq Sənəd Qəbulu Komissiyasına müraciət etməlidirlər.

Cari ilin məzunları “Bakalavrın elektron ərizəsi” formasını bitirdiyi ali təhsil müəssisəsində yara¬dılmış SQK-da, ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər və nəzdində SQK fəaliyyət göstərməyən ali təhsil müəssisələrinin cari il məzunları “Bakalavrın elektron ərizəsi” formasını ali təhsil müəssisələrində yaradılmış SQK-lardan istənilən birində, Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.

Xarici ölkələrdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da doldurur və təsdiq etdirirlər.

“Bakalavrın elektron ərizəsi” formasının təsdiqi üçün TQDK tərəfindən yaradılmış bütün Sənəd Qəbulu Komissiyalarının siyahısı və tələb olunan sənədlər “Magistr” jurnalının 2-ci sayında dərc olunub. Bu bölmədə “Bakalavrın elektron ərizəsi” formasının nümunəsi ilə yanaşı, onun doldurulma qaydası da verilmişdir.

Qəbul imtahanı- Qəbul imtahanları iki mərhələdə test üsulu ilə Bakı, Naxçıvan və Gəncə şəhər¬lərində keçirilir. Birinci ərhələdə bakalavrın ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika (Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlərin riyaziyyat) fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə onların ixtisas sahəsində bilikləri seçdikləri qəbul proqramı üzrə yoxlanılır. Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə təqdim edilmiş suallara yazılı formada cavab verirlər. Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Birinci mərhələnin imtahanı 2010-cu il mayın 2-də keçirilir və bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürun) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika (riyaziyyat) üzrə 25 test tapşırığı təqdim olunur.

Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən topladığı bal 20-dən, informatika (riyaziyyat) üzrə testdən topladığı bal 10-dan, xarici dil üzrə testdən topladığı bal 10-dan az olmayan bakalavrlar ikinci mərhələyə buraxılırlar.

İkinci mərhələyə buraxılan bakalavrlar 2010-cu il iyunun 7-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

İkinci mərhələnin imtahanı 2010-cu il iyunun 20-də keçirilir və bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılır.

Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə yazılı imtahan verməlidirlər. Həmin qəbul proqramlarının siyahısı bu bölmədə təqdim olunur.

İmtahan suallarının cavablandırılmasına birinci mərhələdə 2 saat 30 dəqiqə, ikinci mərhələdə isə 1 saat 30 dəqiqə vaxt ayrılır.

Müsabiqə şərtləri- Seçdiyi ixtisasların hər hansı biri üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın iki mərhələ üzrə imtahanlardan topladığı ümumi bal (ballarının cəmi) 75-dən, o cümlədən ixtisas üzrə (testdən, essedən, tərcümədən, suallara yazılı cavabdan) topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın ingilis dilindən topladığı bal 20-dən az olmamalıdır.

İxtisaslaşma seçimində hər bir bakalavr 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavrın seçdiyi ixtisaslaşmalar onun imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olmalıdır.

Test tapşırığı nümunələri- Bu bölmədə ümumi intellekt səviyyəsi ( məntiqi təfəkkür), informatika, riyaziyyat və xarici dili (ingilis dili, alman dili, fransız dili, rus dili) bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri təqdim olunur. Magistraturaya qəbul imtahanına hazırlaşan gənclər bu test tapşırıqları vasitəsilə birinci mərhələ üzrə imtahanda onlara təqdim olunacaq sualların modeli ilə yaxından tanış olmaq, həmçinin öz hazırlıq səviyyələrini yoxlamaq imkanı qazanacaqlar.

“Magistr” xüsusi buraxılışının növbəti sayında 2010/2011-ci tədris ili üçün magistraturaya bütün ixtisaslaşmalar üzrə qəbul imtahanı proqramları, ədəbiyyat siyahıları, ixtisaslaşma seçimi cədvəli və tövsiyələr dərc ediləcək.</span>

Kateqoriya: Tehsil | Baxılıb: 1504 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024