Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2011 » Fevral » 26 » Magistraturaya imtahan verən 7740 bakalavr 2-ci mərhələyə buraxılıb
Magistraturaya imtahan verən 7740 bakalavr 2-ci mərhələyə buraxılıb
19:50

Fevralın 20-də ali məktəblərin magistratura pilləsinə keçirilmiş imtahanlarda 7740 bakalavr ikinci mərhələyə buraxılıb.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə imtahanlarda iştirak edən bakalavrlardan 50 faizdən çoxu 45 baldan çox nəticə göstərib.

M.Abbaszadə bu il magistraturaya qəbul imtahanları zamanı ixtisas seçimində də dəyişikliklərin olduğunu bildirib. Onun sözlərinə görə, “maarif” “jurnalistika” və “fəlsəfə” ixtisaslarına humanitar sahəyə dair bakalavrlar da sənəd verə bilər.

M.Abbaszadə həmçinin bildirib ki, jurnalistika ixtisasına sənəd verən bakalavrlar həm də ikinci mərhələdə jurnalistikadan imtahan verməlidir. O qeyd edib ki, bəzi ixtisaslarda keçid balının 50-dən 45-ə endirilməsi heç də bakalavrların bilik səviyyəsinin aşağı olması ilə əlaqədar deyil. Onun sözlərinə görə bilik səviyyəsi 50 baldan yuxarı olan bakalavrlar elmi araşdırmalar aparmaq üçün mütləq məntiq suallarına cavab verməlidir. Məhz məntiqi suallara uğurla cavab verən şəxslər gələcəkdə elmi araşdırmalarla məşğul ola bilərlər.

2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbulda yenilik kimi istiqamət şifrlərindən asılı olaraq ixtisaslaşma seçimi üçün müxtəlif minimal bal tələbləri müəyyən edilib.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbulda bakalavrların bitirdikləri istiqamətə aid olan ixtisaslaşmalarla yanaşı başqa şifrli istiqamətə aid bəzi ixtisaslaşmaları da müvafiq proqram üzrə imtahan vermək şərti ilə seçmək imkanları nəzərdə tutulub. Bu haqda “Magistr” jurnalının 2011-ci il 3-cü sayında “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli”ndə tam məlumat veriləcək.

Ümumi balı bitirdikləri istiqamət şifri üzrə qoyulan minimal baldan aşağı olan bakalavrlar “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli”nə əsasən daha kiçik minimal bal tələbi qoyulan başqa şifrli istiqamətə aid bəzi ixtisaslaşmaları seçə bilərlər.

TQDK-nın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elnur Nağızadə bildirib ki, İİM və HSM istiqamətlərinə daxil olan ixtisaslaşmaları (xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar istisna olmaqla) topladığı bal 50-dən, TM, TTM, MM, TEM və ETM istiqamətlərinə daxil olan ixtisaslaşmaları topladığı bal 45-dən, ATM və HSM istiqamətlərinə daxil olan ixtisaslaşmaları topladığı bal 40-dan az olmayan bakalavrlar seçə bilərlər.

Kateqoriya: Tehsil | Baxılıb: 1266 | Elave eden: ANAR_PUSU | Reytinq: 5.0/1 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Fevral 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024