Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2011 » Fevral » 20 » Magistraturalara qəbul imtahanının birinci mərhələsi keçirilib
Magistraturalara qəbul imtahanının birinci mərhələsi keçirilib
21:57

Biz də yəni, Təhsil Menecmenti ixtisasının tələbələri də imtahan verdik.

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirir.

İmtahan respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində aparılır.

Ərizələrin qəbulu internet vasitəsilə 2011-ci il yanvarın 25-dən fevralın 7-dək aparılıb və imtahanda iştirak etmək üçün 16510 bakalavr ərizə verib. Onlardan 14447 nəfəri Azərbaycan bölməsi, 2063 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 8047 nəfəri oğlan, 8463 nəfəri isə qızlardır.

Bakalavrlardan 9569 nəfəri 2011-ci ilin məzunlarıdır.

Qəbul imtahanı Bakı şəhərində 22, Naxçıvanda 1, Gəncədə 2, Lənkəranda 1 binada keçiriləcək. Bakıda 14385, Naxçıvanda 509, Gəncədə 1464, Lənkəranda isə 152 bakalavrın imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunması üçün 119 imtahan rəhbəri, 1207 nəzarətçi-müəllim cəlb olunacaq.

Bütün bölgələrdə qəbul imtahanının gedişini TQDK-da akkreditasiyadan keçmiş 40-dan çox KİV nümayəndəsi müşahidə edəcək.

Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən topladığı bal 20-dən, informatika üzrə testdən topladığı bal 10-dan, xarici dil üzrə testdən topladığı bal 10-dan az olmayan bakalavrlar ikinci mərhələyə buraxılacaqlar.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya qəbul imtahanlarını 2005-ci ildən etibarən keçirir. Hər il Komissiyada ali məktəblərin magistratura şöbələri, ixtisas kafedraları, professor-müəllim heyəti və aparıcı mütəxəssisləri ilə birlikdə aparılan səmərəli iş nəticəsində magistraturaya qəbul imtahanının məzmununa aid zəruri elmi-metodiki materiallar, qəbul proqramları hazırlanır. Ayrı-ayrı ixtisaslar üzrə formalaşdırılmış qəbul proqramları, ədəbiyyat siyahıları, model test tapşırıqları imtahana hazırlaşan bakalavrlara təqdim olunur.

Qeyd edim ki, bugün biz də yəni, Təhsil Menecmenti ixtisasının tələbələrinin də bir çoxu imtahan verdik.

Kateqoriya: Tehsil | Baxılıb: 836 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Fevral 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024