Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2011 » Aprel » 1 » “Magistraturada oxumaq istəyənlərə hərbi xidmətdən möhlət verilməməsi bizi narahat edir”
“Magistraturada oxumaq istəyənlərə hərbi xidmətdən möhlət verilməməsi bizi narahat edir”
10:53

Magistratura və aspiranturaya qəbul olmaq istəyən gənclərə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı yaxın vaxtlarda dövlət səviyyəsində addımlar atılacaq.

“Magistratura və aspiranturaya qəbul olmaq istəyən gənclərə hərbi xidmətdən möhlət hüququnun verilməməsi bizi çox narahat edir. Yaxın vaxtlarda dövlət səviyyəsində bu istiqamətdə müəyyən əməli addımlar atılacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov deyib.

Onun sözlərinə görə, əvvəllər tələbələr bakalavr, magistr və aspirantura pilləsində əsgərliyə aparılmırdı. Son vaxtlar isə gənclər yalnız bakalavr pilləsində hərbi xidmətə çağırılmırlar. Magistr və aspirantura pilləsində isə gənclər əsgərliyə aparılır: “Biz belə hesab edirik ki, gənclərin magistr və aspirantura pilləsində də hərbi xidmətdən azad olmaları daha yaxşı olar. Çünki bu, ilk növbədə elmin inkişafına müəyyən əngəllər törədir. Tələbələr əsgərliyə getməklə təhsildən ayrılırlar. Qayıtdıqda isə çalışırlar ki, qiyabi təhsil alsınlar. Qiyabi təhsillə isə elmin zirvəsinə çatmaq olmaz. Bu məsələ ilə bağlı narazılığım var. Bu barədə rəsmi məlumat da hazırlamışam, müəyyən ali strukturlara göndərəcəyəm. Parlamentə də artıq göndərilib. Hesab edirəm ki, bu məsələyə yenidən baxılsa, Azərbaycanda elmin, təhsilin səviyyəsi yüksələr”.

A. Məhərrəmovun sözlərinə görə, magistratura və aspiranturaya daxil olmaq istəyən gənclərə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsini bu il reallaşdırmağa çalışırlar.

Kateqoriya: Tehsil | Baxılıb: 782 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024