Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Aprel » 23 » “Magistr” jurnalının 3-cü sayı nəşr edilib.
“Magistr” jurnalının 3-cü sayı nəşr edilib.
17:33

“Magistr” xüsusi buraxılışının 3-cü sayı nəşr olunmuşdur

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Magistr” xüsusi buraxılışının 3-cü sayı nəşr edilmişdir. Jurnalda bütün ixtisaslaşmalar üzrə ali təhsil müəssisələrinin magistraturalarına qəbul proqramları təqdim olunur.

Proqramlar bakalavriat səviyyəsinin ixtisas sahələri üzrə qruplaşdırılaraq 4 kitabçada nəşr edilib:
1. «Texniki elmlər» (T), «Təbiət -texniki elmlər» (TT), "Aqrar və balıq təsərrüfatı" (AT) və "Ekologiya və təbiətdən istifadə" (ET);
2. «İqtisadiyyat və idarəetmə» (İİ) ;
3. «Maarif» (M) və «Təbiət elmləri» (TE) ;
4. «Humanitar və sosial elmlər» (HS)

Kitabçaların giriş hissəsində bakalavrlara magistratura səviyyəsində ixtisaslaşmaları necə seçmələri, uyğun proqramlardan necə istifadə etmələri, qəbul imtahanının ikinci mərhələsinə hansı proqram əsasında hazırlaşmalı olduqları barədə geniş izahat verilib. Sonrakı səhifələrdə “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” və qəbul imtahanı proqramları dərc edilmişdir.

Magistraturaya qəbul aparılan ixtisaslaşmaların siyahısı, ixtisaslaşma seçimi haqqında elan və digər zəruri məlumatlar "Magistr" xüsusi buraxılışının növbəti sayında dərc olunacaq.

Xatırladaq ki, 2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları, ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması, xarici dillər, riyaziyyat və informatika üzrə qəbul imtahanı proqramları “Magistr” xüsusi buraxılışının 2010-cu il 1-ci sayında, qəbul elanı, ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması, xarici dillər, riyaziyyat və informatika üzrə test tapşırığı nümunələri isə “Magistr” xüsusi buraxılışının 2-ci sayında dərc edilib.

Kateqoriya: Tehsil | Baxılıb: 1281 | Elave eden: ANAR_PUSU | Reytinq: 4.0/1 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024