Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » May » 4 » MAGİSTRATURAYA QƏBUL İMTAHANININ BİRİNCİ MƏRHƏLƏSİNİN NƏTİCƏLƏRİ AÇIQLANDI
MAGİSTRATURAYA QƏBUL İMTAHANININ BİRİNCİ MƏRHƏLƏSİNİN NƏTİCƏLƏRİ AÇIQLANDI
17:57

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010-cu il mayın 2-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirmişdir.

Ümumilikdə 23 binada təşkil olunmuş imtahan saat 14:00-da başlanmış və 2 saat 30 dəqiqə ərzində aparılmışdır.
Nəticələr 2010-cu il mayın 4-də saat 17:30-dan etibarən TQDK-nın internet səhifəsində yerləşdirilmişdir.

Bakalavrlar topladıqları ballar haqqında məlumatı "İmtahancell" xidmətindən də öyrənə bilərlər. Bunun üçün iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərmək kifayətdir.

İmtahanda iştirak etmək üçün 15362 bakalavr qeydiyyatdan keçmişdi (Ötən il bu rəqəm 15179 olub).
Onlardan 447 nəfər imtahana gəlməmişdir.
İmtahanda iştirak etmiş bakalavrlardan 13 nəfəri sual kitabçasını, cavab kartını dəyişdirərkən, 1 nəfər isə imtahan zalına mobil telefon keçirməyə cəhd göstərərəkən qeyd olunan hallar zal nəzarətçiləri və imtahan rəhbərləri tərəfindən aşkarlanmış və onlar imtahandan xaric olunmuşlar.

Birinci mərhələnin nəticələrinə görə 6870 bakalavr (ümumi balı 50-dən az olmayan bakalavrlar)) ikinci mərhələyə buraxılmışlar.

Onlardan 3218 nəfərini oğlanlar, 3652 nəfərini isə qızlar təşkil edir. İkinci mərhələdə iştirak hüququ qazanan bakalavrlardan 4224 nəfəri ali təhsil müəssisələrinin builki məzunlarıdır.

Qəbul imtahanlarının I mərhələsinin nəticələri ilə əlaqədar müraciətlərə 2010-cu il may ayının 5-dən 7-dək appelyasiya komissiyası tərəfindən baxılacaqdır.

İkinci mərhələyə buraxılan bakalavrlar 2010-cu il iyunun 7-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

İkinci mərhələnin imtahanı 2010-cu il iyunun 20-də keçirilir və bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılacaq.

Kateqoriya: Tehsil | Baxılıb: 839 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  May 2010  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024