Məleykə Abbaszadə: “TQDK saytına haker hücumu ehtimalı istisna deyil”
18:40
TQDK sədri Məleykə Abbaszadə aprelin 18-də və 19-da qurumun rəsmi saytına girişdə problem yarandığını deyib.
M.Abbaszadə bildirib ki, abituriyentlər ikinci sınaq imtahanı ilə bağlı məlumat almaq üçün sayta daxil olarkən problemlə üzləşiblər: “Bu, provayderlərlə bağlıdır. Biz belə bir problemin olacağını gözləmirdik. Gecə TQDK-nın saytına giriş normal olsa da, səhər saatlarında yenə problem yaranıb. Biz abituriyentlərin şəxsiyyət vəsiqəsini yoxlamaq üçün Daxili İşlər Nazirliyinin serverinə göndəririk. Həmin məlumatlar DİN-nin serverindəki məlumatlarla yoxlanılır, sonra yenidən bizə göndərilir. Bu serverlərin hansında problem olduğunu araşdırırıq. Ancaq onu da deyim ki, TQDK-nın saytına haker hücumu ehtimalını istisna etmirik”.