Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyuL » 1 » Məktəblərin I sinfinə qəbul qaydaları dəyişdirilib
Məktəblərin I sinfinə qəbul qaydaları dəyişdirilib
12:35

Fitri istedadı olan uşaqlar xüsusi təmayüllü məktəblərdə yerləşdiriləcəklər

Azərbaycanda ümumtəhsil məktəblərinin I sinfinə uşaqların qəbulu proseduru dəyişdirilib. Bu barədə APA-ya Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, yeni qaydaların tətbiqi “Təhsil haqqında” qanunun tələblərindən irəli gəlir.

Yeni qaydalara görə, uşaqların I sinfə sənəd qəbulu əvvəlki illərdəki sənəd qəbulundan tamamilə fərqlənir. Belə ki, əvvəllər valideynlər övladlarının I sinfə qəbulu uçun birbaşa məktəbin özünə müraciət etdikləri halda, yeni qaydalarda bu işin iki mərhələli həyata keçirilməsi nəzərdə tutulur. Valideynlər əvvəlcə rayon və şəhər təhsil şöbələrində yaradılan Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət edəcəklər. Bu məqsədlə artıq iyulun 1-dən 31-dək hər bir rayon, şəhər təhsil şöbəsində, eyni zamanda Bakı Təhsil İdarəsində SQK fəaliyyət göstərəcək. Həmin komissiyalar 2004-cü il sentyabrın 15-dən dekabrın 1-dək doğulan uşaqların sənədlərinin qəbulunu həyata keçirəcək. Məktəbə qəbul üçün SQK-ya valideynlərdən hər hansı birinin ərizəsi, uşaqların doğum haqqında şəhadətnaməsinin notariusda təsdiq olunmuş surəti təqdim olunmalıdır. Daha sonra isə həmin uşaqlar xüsusi mütəxəssislərdən təşkil olunmuş komissiya tərəfindən fərdi qaydada qəbul olunacaq, onların bilik səviyyəsi yoxlanacaq. Müsbət rəy verilən uşaqların siyahısı avqustun 15-dən 25-dək Təhsil Nazirliyinə təqdim olunmalıdır.

Avqustun 15-dən isə sənəd qəbulunun ikinci mərhələsi başlayacaq. Həmin mərhələdə Təhsil Nazirliyində yaradılan komissiya birinci mərhələdən keçən uşaqları fərdi qaydada qəbul edəcək. Bu zaman uşağa sadə hesablamalar aparmaq, ümumi dünyagörüşü və s. kimi bacarıqları ilə sadə suallar veriləcək. Təhsil Nazirliyinin komissiyasından müsbət rəy aldıqdan sonra uşaq valideynin seçdiyi məktəbə qəbul oluna bilər. Fitri istedadı olan uşaqları isə komissiya valideynin istəyi əsasında xüsusi təmayüllü məktəblərdə yerləşdirəcək.

Nazirlikdən bildirilib ki, 5 yaşı tamam olan, bilik səviyyəsi yüksək olan uşaqların valideynləri də məktəbə qəbul üçün müraciət edə bilərlər.
Bildirilib ki, yeni qaydaların tətbiqi ilə əlaqədar heç bir məktəbə sənəd qəbulunu özbaşına həyata keçirilməsinə icazə verilmir.

Qeyd edək ki, indiyə qədər oktyabrın sonunadək 6 yaşı olmuş uşaqlar I sinfə qəbul edilirdi. Noyabrın 1-dən sonra 6 yaşı tamam olan uşaqların məktəbə getməsi üçün isə Təhsil Nazirliyindən icazə alınırdı.

Kateqoriya: Tehsil | Baxılıb: 1156 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyuL 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024