Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Avqust » 25 » Məktəblərdə tarixi dəyişiklik
Məktəblərdə tarixi dəyişiklik
16:45

Bu il ümumtəhsil müəssisələrində vahid məktəbli forması tətbiq olunacaq

Bu il ümumtəhsil müəssisələrinin həyatında çox ciddi bir dəyişiklik olacaq. 2010-2011-ci tədris ilindən etibarən bütün orta təhsil müəssisələrində I-IV sinif şagirdləri vahid məktəbli geyimində olacaq. Bunu Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı ANS PRESS-ə açıqlamasında bildirib. O, Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 326 orta məktəbdə bu ildən I-IV sinif şagirdlərinin məcburi vahid məktəbli formasına keçəcəyini qeyd edib. “Artıq 3 ildir ki, orta təhsil müəssisələrində vahid məktəbli forması tətbiq olunub. Amma biz təhsil idarəsi olaraq keçən ilin noyabrından məktəblər arasında bu məsələ ilə bağlı monitorinqlər keçirdik. Bunun nəticəsi olaraq qərar verdik ki, bu ildən vahid məktəbli geyiminin tətbiqinə başlayaq. Əlbəttə ki, ilkin mərhələdə bütün məktəbləri əhatə etmək mümkün deyil. Bakı şəhəri üzrə məktəblərdə 335 minə yaxın şagird təhsil alır. Ona görə də vahid məktəbli formasını ibtidai siniflərə tətbiq etmişik. Digər sinif şagirdləri isə əvvəlki məktəbli geyimlərində gələcək. Onların geyimində heç bir dəyişiklik edilməyəcək. Biz belə planlaşdırırıq ki, 2011-2012-ci tədris ilindən V-XI sinifləri də vahid məktəbli formasına keçirək”, - deyə Z.Əliqızı vurğulayıb.

Qeyd edək ki, geyimlər Bakı Tikiş Fabrikində hazırlanır. Geyimləri almaq üçün fabrikin nəzdində fəaliyyət göstərən “Məktəbli dünyası” ticarət mərkəzinə müraciət etmək lazımdır. Mərkəzin müdiri Etibar Əzimi ANS PRESS-ə açıqlamasında hələlik vahid məktəbli formalarının təkcə “Məktəbli dünyası”da satıldığını bildirib.
Hazırda 36 ölçülü geyimlər 40 manata, bu ölçüdən böyük olan formalar isə 45 manata satılır. Adətən vahid məktəbli formalarını orta təhsil müəssisələrinin direktorları sinifdə olan uşaqların sayına görə alır. Amma kim istəyirsə, bura valideyinlə gəlir və ölçüsünə uyğun məktəbli forması alır.

Alıcılara gəlincə, ticarət mərkəzində olduğumuz müddətdə burada daha çox ibtidai sinif şagirdlərinin olduğunu gördük. Valideyinlər isə vahid məktəbli formasına keçidlə əlaqədar olduqca məmnun görünürdü. Lakin qiymətlərdən də narazı olanlar tapıldı.“Biz çox şadıq ki, bütün şagirdlər eyni forma geyinəcək. Bu, sinifdə imkansız ailədən olan uşaqların digərlərindən fərqlənməməsi üçün ən düzgün atılan addımdır. Qiymətlər bir qədər bahadır. Amma nə edək, almalıyıq”, - deyə valideyn Hikmət Məmmədov vurğuladı.

Biz də öz növbəmizdə bütün şagirdləri həm vahid məktəbli forması, həm də qarşıdan gələn yeni tədris ili münasibətilə təbrik edirik.

Kateqoriya: Tehsil | Baxılıb: 795 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Avqust 2010  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 3
Qonaqlar 3
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024