Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Oktyabr » 28 » Məktəb direktoru şagirdi dərsdən qova bilərmi?
Məktəb direktoru şagirdi dərsdən qova bilərmi?
18:24

Ekspert: "Hər bir şəxsin 11-ci sinifə qədər oxumaq hüququ var"

Son zamanlar təhsil sahəsində, daha dəqiq desək, orta məktəblərdə müəyyən problemlər yaşanmaqdadır. Şagirdlərin məktəbli formasına, üzürlü, yaxud da üzürsüz səbəbdən dərs buraxdıqlarına görə direktorlar, sinif rəhbərləri tərəfindən məktəbdən qovulma hallarına rast gəlinir. Düzdür, bu hallar kütləvi xarakter daşımır. Lakin qismən də olsa belə problemlərə rast gəlinir.

Bəs görəsən, hansısa səbəbə görə məktəb direktoru, yaxud da sinif rəhbəri şagirdi dərsdən qova bilərmi? Problemlə bağlı məsələyə münasibət bildirən Təhsil Nazirliyinin keçmiş əməkdaşı Əlvan Səfərov ANS PRESS-ə açıqlamasında hazırda ümumi orta təhsilin icbari olduğunu bildirdi. Yəni, şagird ən azı 9-cu sinifi qurtarmalıdır. “Heç kəsin, istər məktəb direktorunun, istər sinif rəhbərinin, istərsə də, aidiyyatlı qurumların şagirdi məktəbdən qovmağa ixtiyarı yoxdur. Şagird məktəbin daxili nizam-intizam qaydalarını pozduğu halda onu barəsində azyaşlılar üzrə müvafiq rayon İcra Hakimiyyətlərinin nəzdindəki komissiyalara məlumat verilir. Məktəb rəhbərliyindən həmin komissiyalara yazılı məktub göndərilir. Həmin şagirdin valideynlərilə əlaqə saxlanılır” söyləyən Əlvan Səfərov məktəb direktorlarının şagirdi təhsildən ayırmağa heç bir ixtiyarı olmadığını bildirdi.

Şagird məktəbli formasını geyinmədiyinə görə də dərsdən kənarlaşdırıla bilməz. Sadəcə müəllim, direktor şagirdin valideynlərilə əlaqə saxlamalı, söhbətlər aparılmalıdır. Ekspertin fikrincə, məktəbli formasının mahiyyətini sadəcə uşağa başa salmaq lazımdır. Şagirdi dərsə gəlmədiyi üçün də qovmaq qanuna ziddir.

Şagirdin 9-cu sinifdən qovulmasına gəlincə, ekspert bunu qa qeyri-qanuni adlandırdı. "Heç bir məktəb direktoru şagirdi pis oxuduğuna görə 9-cu sinifdən qova bilməz. Hər bir şəxsin 11-ci sinifə qədər oxumaq hüququ var. Sadəcə, həmin insana başa salına bilər ki, yaxşı olar sən təhsilini müəyyən peşə məktəblərində davam etdirəsən. Bu da yalnız tövsiyyə edilə bilər. Bəzən müəllimlər şagirdləri məzəmmət edir ki, oxumursan 9-cu sinifdən çıx. Lakin bütün bunlar qanuna ziddir” söyləyən Əlvan Səfərov bütün hüququ pozulan şagirdləri bununla bağlı nazirliyə və Təhsil İdarəsinə müraciət etməyə çağırdı.

Məsələ ilə əlaqədar Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Adilə Mahmudova direktorun şagirdi təhsildən kənarlaşdırmağa heç bir ixtiyarı olmadığını qeyd etdi. “Direktorun nə ixtiyarı var ki, şagirdi dərsə buraxmasın? Əgər şagird dərsdə nalayiq hərəkətlər edirsə, valideynlər məktəbə çağırılmalıdır. Valideynlərlə ciddi söhbətlər aparılmalıdır. Şagird dərsə uzun müddət gəlməyəndə, islah olunmaz vəziyyət yarananda sahə polisinə xəbər verilir. Uşağın dərsə cəlb edilməsi üçün müəyyən addımlar atılmalıdır. Məktəbli formalarına görə də direktorun şagirdi dərsə buraxmamağa ixtiyarı yoxdur. Vəzifəsindən xəbəri olmayan direktor uşağa deyər ki, çıx get evə, sənin forman yoxdur. Şagird təhsildə zəif olsa belə onu 9-cu sinifdən qovmağa direktorun ixtiyarı yoxdur”, - deyə Adilə Mahmudova vurğuladı.

Nazirlik rəsmisi bütün qanun pozuntularından şikayətçi olan şagirdlərə və valideynlərə Bakı Təhsil İdarəsi və Təhsil Nazirliyinə müraciət etmək hüququnun olduğunu da xatırlatdı.

Mövzu ilə əlaqədar Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı ANS PRESS-ə açıqlamasında heç bir orta məktəb rəhbərinin şagirdi təhsil prosesindən yayındırmağa hüququnun olmadığını bildirdi. “Azərbaycan Konstitutsiyasına əsasən məktəb yaşlı uşaqların təhsil almaq hüququ var. Heç bir səbəbdən heç bir şagird təhsildən kənarlaşdırıla bilməz”, - deyə Zəminə Əliqızı qeyd etdi.

Əgər şagird lazımı tələblərə riayət etmirsə, uşağın valideynlərinə xəbər göndərilir. Şagird üzürsüz səbəbdən dərsə gəlmirsə, ondan müəyyən arayış tələb olunur. Şagird tərəfindən yol verilən neqativ hallara baxmayaraq, heç kimin şagirdi tədris prosesindən kənarlaşdırmağa hüququ yoxdur. Əgər uşaq dərs prosesini pozursa, direktor pedaqoji şəkildə müəyyən tədbirlər görə bilər. Lakin direktorun ixtiyarı yoxdur ki, şagirdi dərsə buraxmasın.

Ölkədə orta məktəb şagirdləri üçün təhsil icbari, yəni, məcburidir. Təhsil Haqqında qanunda göstərilib ki, heç kim dərsdən kənarlaşdırıla bilməz. Buna görə də, şagird 9-cu sinifdən qovula bilməz. Amma yaxşı olar ki, valideyn uşağının zəif biliyini nəzərə alaraq onu müəyyən peşə məktəblərinə qoysunlar. Bilirsiniz ki, XI sinifdə mərkəzləşdirilmiş qaydada test imtahanı keçirilir və onlar 8 fəndən imtahan verirlər. Bu imtahanın birindən qeyri-kafi alan şagirdə attestat verilmir. Valideynlər bunu da nəzərə almalıdır.

“Əgər uşaq 2 ilini məktəbdə keçirib, sonda attestat ala bilmirsə, bu illəri müəyyən peşə məktəbinə daxil olaraq sənət öyrənsə, yaxşı olar. Lakin burada məcburiyyət ola bilməz” söyləyən idarə rəsmisi bütün hallarda şagirdlərin təhsil alma hüququnun olduğunu vurğuladı.

Gələcəyimiz olan bütün şagirdlərə müvəffəqiyyətlər arzulayırıq. Buna çatmaq üçün çox çalışmaq və hüquqları yaxşı bilmək lazımdır. Bəs siz necə hüquqlarınızı bilirsinizmi, əziz şagirdlər?

Kateqoriya: Tehsil | Baxılıb: 998 | Elave eden: ANAR_PUSU | Reytinq: 5.0/1 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Oktyabr 2010  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Axtarış

Dost saytlar

Statistika

online 4
Qonaqlar 4
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024