Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2011 » May » 8 » Luvr muzeyində Azərbaycanın dəstəyi ilə İslam şöbəsi tikiləcək
Luvr muzeyində Azərbaycanın dəstəyi ilə İslam şöbəsi tikiləcək
10:41

Luvr muzeyinin direktoru: "Gələn il Luvrda İslam mədəniyyətinə ayrılmış xüsusi bir guşənin açılışı gözlənilir"

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Luvr muzeyinin direktoru Anri Luaretlə görüşüb. Görüşdə Anri Luaret Azərbaycanın dəstəyi ilə Luvr muzeyində bir sıra işlər görüləcəyini bildirib: "Azərbaycan hökümətinin dəstəyi ilə Luvr muzeyində İslam mədəniyyəti şöbəsi tikiləcək. Gələn il Luvrda İslam mədəniyyətinə ayrılmış xüsusi bir güşənin açılışı gözlənilir. Deməliyəm ki, sizin prezidentiniz buna istər bədii, istərsə də siyasi maraq göstərir. Azərbaycan hökümətinə bizə dəstək göstərdiyinə görə təşəkkür edirəm".

Luvr muzeyinin direktoru Bakıda tikintisi başa çatmaqda olan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binası ilə tanış olduğunu və əməkdaşlıq çərçivəsində Luvr muzeyi ilə Azərbaycanın xalçaçılıq muzeyləri arasında qurulan əlaqələrin davam etdiriləcəyini deyib: "Mən Azərbaycandakı köhnə xalçaların kolleksiyası ilə artıq tanış olmuşam. Deyim ki, çox heyran oldum və tikilən binanın da bizim əməkdaşlığımızda xüsusi önəm daşıyacağına ümid edirəm. Biz hazırda Luvrdan bir sıra eksponatlarının burada sərgilənməsi üçün danışıqlar aparırıq. Bundan başqa cənab nazirlə 2013-2014-ci illərdə Luvrdan gələcək xüsusi bir sərginin nümayişi məsələsini müzakirə etdik".

Kateqoriya: Din ve Muzakireler | Baxılıb: 1135 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  May 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024