Tətil bitdi
Bir işadamı, olduqca sıx və yorucu keçən bir ildən sonra tətilə çıxmağa qərar verər. Həyat yoldaşı da özü kimi məşğul olduğu üçün birlikdə tətil edəcəkləri bir dövr nizamlamaq çətin olar. İspaniya sahillərində bir otel tapar və tapdığı ilk təyyarəylə oraya gedər. Otelə yerləşərkən bir aylıq bir rezervasiya etdirər. Bir həftə qədər gözəlcə tətil etdikdən sonra, bir axşam yeməyində qarson özünə bir məktub çatdırar. Məktubu oxuyan işadamı, tətilini keçirdiyi otelin idarəçisinin yanına gedər. "Çox təəssüf ki tətil sona çatdı..." İdarəçi çaşar və kədərlənər. "Amma bir aylıq rezervasiya etdirmişdiniz, nə oldu belə birdən?" İşadamı çarəsiz baxışlarla cavab verər: "Bəli bir ay qalacağam, amma tətil bitdi. Arvadım işindən icazə almağı bacarmış və iki gün sonra burada olacaqmış..."
Hakimlir Bizdə
Bir dövrün bütün as və klas futbolçuları cənnətdə görüşüblər. Cənnətin baş mələyi də futbol maraqlısı imış. Şeytanı çağırtmış: -"Cənnətlə cəhənnəm arasında bir matç təşkil edək nə deyərsən?" -"Boşuna oynamayaq, biz qazanarıq", demiş şeytan. -"Heç olarmı ən yaxşı futbolçular bizdədi, nə qədər də pis futbolçu varsa sizdədi..." Şeytan şeytanca gülümsəmiş: -"Amma bütün hakimlər də bizdədi..."
Allah indi nə edir?
Bir gün yolda piyada gedən bir dərvişin önünə bir atlı çıxdı: - "Dərviş" dedi, "bir müşkülüm var. Məni işıqlandırarsanmı?" Dərviş cavab verdi: - Əlimdən gələn bir şeysə, hay hay oğulum. - Bunu öyrənmək istəyirəm: Bu anda Allah nə edir? Sualın nalayiqliyinə inciyən dərviş, heç bildirməmiş: - Cavab verərəm amma bir şərtlə, sən o atdan düş, mən minim. - Niyə? - Belə yüksək bir suala yüksəkdən cavab vermək lazımdır ona görə! Adam atdan düşmüş, Dərviş minmiş. Adam: - "Haydı" demiş "söylə görək. Allah indi nə edir?" Dərviş: - "Nə edəcək" , "atı sənin kimi bir axmağın əlindən alıb, mənim kimi bir ağıllıya verir". demiş və uzaqlaşmış.
Qurusun
Bir gün həkimlər, dəlixanada etdikləri araşdırmada ən ağıllı dəlini seçəcəklərmiş. Bir gün dəlilərdən biri bağçada olan hovuza düşmüş və boğulmaq üzrəymiş. Dəlilərdən biri hovuza düşən yoldaşını qurtarmağa çalışmış. Bunu görən həkimlər yoldaşını qurtaran dəlini yanlarına çağırmışlar və "səni ən ağıllı seçirik" demişlər. Həkimlərdən biri: "Yaxşı qurtardığın yoldaşını çağır sənə təşəkkür etsin" demiş. Dəli: "Gələ bilməz ki!" Həkim: "Niyə gələ bilməzmiş?" Dəli: "Çünki quruması üçün onu asdım!"
Gözlerim xarabdı
Göz həkimi: - Bu cədvəldəki hərfləri oxuya bilərsinizmi? Cəfər: - Siz mənə oxuyun da? Mənim gözlərəm xarabdı..
Qayınana
Adamın birinin evində yanğın çıxmış. Qonşuları köməyə qaçmayıb hadisəsi seyr etməyə başlayınca iş başa düşüb.. Əvvəlcə oğulunu yanğının içərisindən çıxarıb çöldə gözləməsini söyləmiş. Qaçıb təkrar tüstü və atəşin içərisinə, qızını çıxartmış çölə. Sonra arvadını, sonra iti və pişiyini. Daha sonra çölə heç bir şey gətirmədən 3 dəfə daha içəri girmiş çıxmış. Onu seyr edən qonşularından biri soruşmuş: - Nə üçün yanan evə girib çıxırsan çölə heç bir şey gətirmirsən?" deyə. - "Qayınanam içəridədi!" demiş adam; "arada bir girib çevirirəm!".
Ümmed-i Məhəmməd
Əli Misirdə oxuyan bir şagirddi. İmtahanlar bitmiş və yay tətilinə girəcəklər.. Atası Əliyə zəng edər və imtahanların necə keçdiyini soruşar. Əli də bilmədiyi halda "çox yaxşı keçdi" deyər və bunun üzərinə atası onu İstanbula işlərində kömək etməsi üçün çağırar. Əli gedəcək İstanbula və yoldaşına son olaraq belə deyər; "Əhməd sən qeydlərimi öyrənərsən və məni axtararsan. Əgər telefona atam çıxarsa Məhəmmədin Əliyə salamı var deyərsən; mən anlayaram bir dənə ikim olduğunu." Əhməd qeydləri öyrənər və axtarar. Telefona atası çıxar və Əhməd belə deyər: - Əmi, Əliyə söylə ona bütün Ümmedi Məhəmmədin salamı var...
Etməzsən etmə
Adamın biri, bir gün ağacın altında namaz qılırmış. Ağacda olan başqa biri də onu izləyirmiş. Namazını bitirən adam daha sonra namazının qəbul olması üçün Allaha dua etməyə başlamış. - "Allahım sən namazımı qəbul et." Ağacdakı adam: - "Etmərəm", deyə cavab vermiş. Adam çaşmış. Təkrarlamış: - "Allahım sən etdiyim namazı qəbul et." - "Etmərəm." Adamın qarışıqlığı daha da artmış. Yenə: - "Allahım sən namazımı qəbul et", demiş. Ağacdakı adam təkrarən: - "Etmərəm", deyincə adam əsəbiləşmiş. - "Etməzsənsə etmə. Onsuz da dəstəmazsız etmişdim."
DİGƏR
Hərbi hissəyə xəbər gəlir, terrorist var deyə. Əsgər dağa gedər pusquya durar. 1 gün olar terrorist yox 1 həftə olar terörist yox 15 gün olar terrorist yox. İçlərindən əsgərin biri komandirinə deyir:
-komandirim, Allah göstərməsin amma bu terroristlərin başına bir işmi gəldi?
Yaşlı qadın qaldığı otelin nərdivanlarından hirslə enərək qəbul məmurunun qarsısına dikilir :
- Bu nə rüsvayçılıqdı!.. deyə qışqırmağa baslayır :
- Dünən gecə cavanın biri gec saatlara qədər qapımı yumruqladı dayandı və mən
bütün səyimə baxmayaraq qapını heç cür aça bilmədim...
Məhəllənin birində tez-tez avtomobil maqnitofonları oğurlanırmış. Adamın biri də avtomobilinə ''avtomobildə maqnitofon yoxdu boşuna məşğul olmayın'' deyə yazı yazmış.
səhər bir də baxır ki, avtomobil yoxdu və avtomobilin dayandığı yerdə bir kağız var; ''kədərlənmə mən taxdıraram''
Çavuş, xam əskərlərə növbə çəkmə üsulunu öyrədirdi. Amma bir az kəkələməsi var idi:
-Qa.. qa.. qaranlıqda.. bir.. bir.. biri ya. .yaxınlaşsa... "da.. da.. dayan... ki.. ki... kim o..." de... deyə qışqırarsınız... Dayan... dayanmazsa... bir... bir dəfə də... daha ba.. qışqırarsınız... Ye... yenə da... dayanmazsaya... a... atəş e... edər... edərsiniz... A...Amma.... ço.. ço... çox ... da... tələsik etməyin... Bə.. bəlkə gə... gələn mənəm... ...!!
Kiçik qız məktəbdən gəlir və anasına:
-Ana, bu gün məktəbdə etmədiyim bir şey üzündən cəzalandırıldım deyir
Anası qışqıraraq:
-Amma, bu necə olar, Məktəbə gəlib müəlliminlə bu mövzu haqqında danışmalıyam.. Bəs, sənin etmədiyin şey nə idi? deyə soruşur
Kiçik qız cavablayır:
-Ev tapşırığım
Adamın biri bir gün otelə getmiş.Oteldəki adam ona qarışqalı otağı verib. O, da qarışqaların bi dənəsini öldürmüş, digərləri də getmiş başqa otağa.Adamlar bunu necə etdin deyə soruşmuşlar. O isə
: Birini öldürdüm onlarda cənazəsinə getdilər...deyib
Bir gün bir Vəlinin atası ölür və cənazəyə Almaniyadakı böyük qardaşı gəlir..
Vəlidən soruşur: atam necə öldü?
Vəli: 20. mərtəbədən düşdü, ordan meyvəsatanın dükanına düştü oradan 200 m yuxarıya tullandı..
Böyük qardaş: Vayy demək 200 m-dən düşüb öldü..
Vəli: xeyr ordan da qəssabın dükanına düşdü.. oradan dama düşdü..
Böyük qardaş: ahh demək damdan düşdü.. vah vah
Vəli: yox xeyr oradan da elektrik dirəklərinə...
Böyük qardaş: öfffff harada öldü bu adam söyləsənə.
Vəli: baxdıq ki, düşmür biz vurduq..:)