Kürdəmir - Azərbaycanda rayon. Şirvan düzündə yerləşən Kürdəmir rayonu Kür çayının sol sahili boyunca uzanır. Rayonun mərkəzi Kürdəmir şəhəridir. Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. Məlumatlar İqtisadi rayon: Ərazi: 1632 (km2) Əhali: 94400 Əhali sıxlığı: (nəfər/km2) Nəqliyyat vasitəsi kodu: 33 Telefon kodu: 0145 Poçt kodu (Mərkəzi PŞ): AZ 3300 Yaşayış məntəqələrinin sayı 62(1-i şəhər) İcra başçısı: Fəxrəddin Məlikov İnternet saytı: Kürdəmir icra hakimiyyəti Adının yaranma etimologiyası Kürdəmir sözünün etimologiyası haqqında bir neçə versiya var. Kürdəmir -"Kür" və "Dəmir" sözlərindən olduğu ehtimal olunur (Şirvan dialektində "Kür" sözü çılğın, cəsur, igid, qoçaq anlamında, "Dəmir" isə həmin ərazidə məskunlaşmış yeddi yaşayış məskəninin, obanın igidlərinin xası, başçısı, sərkərdəsi olan igid Dəmir, qoçaq Dəmir, cəsur Dəmir mənasında işlənmişdir). Kürdəmir - "kür dəymir" sözlərindən götürüldüyü ehtimal ounur. Yəni Kür çayı daşarkən daşqından əziyyət çəkməyən (suyun çatmadığı yerlər) sahə Kürdəymir kimi adlanmış, zaman keçdikcə "Y" sammiti assimilyasiya (aşınma) olmuş və "Kürdəmir" şəklində işlənmişdir. Ərazisi 163151 hektar olmaqla ölkə ərazisinin 1,9 %-ni təşkil edir. Rayon 23 inzibati ərazi vahidliyi,1 şəhər, 2 qəsəbə, 61 bələdiyyə ilə əhatə olunmuşdur. Ərazidə olan ümumi torpaq sahəsinin 116190 hektarı və ya 71,2 %-i rayonun istifadəsində, 46961 hektarı və ya 28,8 %-i isə Qaz, Qəbələ, İsmayıllı, Ağsu rayonlarının qışlaq sahələridir. Kənd təsərrüfatına yararlı 83359 hektar torpaq sahəsinin 52709 hektarı əkin yeri, 1097 hektarı çoxillik əkmələr, 73 hektarı dincə qoyulmuş sahə, 28480 hektarı isə örüş sahələridir. Rayon ərazisinin meyilliyi 1 dərəcə, dəniz səthindən hündürlüyü 0 200 m (dərinlik və hündürlük şkalası üzrə), havanın orta illik temperaturu 17,18 C, yağışların illik miqdarı 250-300 mm, küləyin sürəti 2-3 m/san, quru subtropik iqlimə xarakterikdir İri yaşayış məntəqələri Kürdəmir şəhəri, Atakişili, Xırdapay, Yenikənd, Karrar, Mollakənd, Şilyan, Qarasaqqal, Muradxanlı, Pirili, Sığırlı, Qağacılı kəndləridir. Yerli Media"Kürdəmir" qəzeti. İqtisadiyyat Əsasən kənd təsərrüfatı rayonudur. Pambıqçılıq, taxılçılıq, heyvandarlıq, habelə üzümçülük, bostançılıq və baramaçılıq mühüm yer tutur. Rayonda quşçuluq və maldarliqla məşğul olurlar. Burada şərab və asfalt zavodları, məişət xidməti kombinatı,respublika əheəmiyyətli iri un kombinati var. 2008.07.28-ci il tarixindən proqram təminatlarının hazırlanması ilə məşğul olan şirkət fəaliyyətə başlamışdır. Hazirda rayon ərazisinde yeni lift zavodu və şərab zavodu tikilir. Mədəniyyət, Təhsil və Səhiyyə Müəssisələri Kürdəmir rayonunda qədim xalq sənəti xalçaçılığın zəngin ənənələri var. Yerli sənətkarların toxuduqları «Şilyan» xalçaları çoxdan məşhurlaşıb. Kürdəmirdə 3 məktəbəqədər uşaq müəssisəsi, 34 ümumtəhsil məktəbi, 7 mədəniyyət evi, 20 klub, 48 kitabxana fəaliyyət göstərir. Kürün sahilində, rayon mərkəzindən 25 km məsafədə yerləşən Mollakənd kəndindəki «Şəfqət» sanatoriyası Carlı deyilən yerdə çıxan isti radon su bazasında işləyir. Eyni vaxtda 50 nəfərə xidmət edə biləcək bu sanatoriyada dincələnlər üçün üzgüçülük hovuzu da tikilmişdir. Görkəmli şəxslər haqda məlumat Kürdəmir rayonu görkəmli şəxsiyyətləri ilə məşhurdur. Belə ki, rayon tibb sahəsində Etibar Əliyev, Faiq İslamzadə, Flora Ağamalıyeva, Əlikram Məmmədov, Fuad İslamzadə, Nəsrəddin Abışov kimi tibb elmləri doktoru, Cabbar Ağayev Laçın İmanov, Heybət Mehdiyev kimi tibb elmləri namizədi, Ağamusa Axundov, Fəxrəddin Veyisov, Rəfael Hüseynov kimi filologiya elmləri doktoru, Ramazan Əhmədov, Vaqif Sultanlı kimi filologiya elmləri namizədi, Mürşüd Fərəcov, Musa Musayev, Mədət Şahbazov kimi kimya elmləri doktoru, Əminə Musayeva, Ağarəsul Məmmədov kimi kimya elmləri namizədi, Qara Mustafayev, Arif İsmayılov, Əli Əhmədov kimi biologiya elmləri doktoru, Nigar Əliyeva kimi riyaziyyat elmləri doktoru, Kamil Məcidov, Səməndər Musayev, Sudeyf Musayev kimi fizika-riyaziyyat elmləri namizədi, Ələkbər Məmmədov kimi iqtisad elmləri doktoru, Qardaşxan Məmmədov kimi iqtisad elmləri namizədi, Tacəddin Vahidov kimi hüquq elmləri doktoru, Sənan Mustafayev kimi texnika elmləri namizədi, Məcid Məcidov kimi əməkdar müəllim, Rizvan Cəbiyev kimi Milli Məclisin deputatı, Cəbrayıl Usubov, İkram Kərimov, Ağaməmməd İbişov kimi generalları, Sadıq Hüseynov, Sadıq Zərbəliyev kimi xalq artistləri, Zemfira Əlişqızı kimi şairə-bəstəkarı, Əlisəfa Azayev kimi yazıçısı, Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayev kimi, Soltan Şıxəliyev, Cəmilə Dəmirova, Təzəgül Ağayeva kimi Sosialist Əməyi Qəhrəmanları, Aşıq Şakir Hacıyev, Aşıq Əhməd Rüstəmov, balaban çalan Həsrət Hüseynov və Teybə Hacıyeva kimi əməkdar mədəniyyət işçiləri, EynullaCəbrayılov kimi teleivziya və radio verilişlərinin solisti və digər görkəmli şəxsləri ilə məşhurdur. İqlimi Subtropik iqlimə malik olan bu rayonda yay fəsli mülayim-isti keçir. Təbiəti Rayon ərazisində canavar, çaqqal, tülkü və qaban kimi heyvanlar, qırqovul, turac, qaz, ördək və başqa quşlar geniş yayılmışdır. Kürdəmir rayonu məşhur «Şirvanşahı» üzüm növünün vətəni sayılır.
|