Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2011 » Aprel » 21 » Kral kubokunun sahibi bəlli oldu.(VİDEO)
Kral kubokunun sahibi bəlli oldu.(VİDEO)
11:04

İspaniya Kral Kubokunu, əlavə vaxtda Cristiano Ronaldonun qoluyla Barselonanı 1-0 məğlub edən Real Madrid qazandı

İspaniya Kral Kuboku final matçında iki əzəli rəqibin mübarizəsində Real Madrid normal müddəti 0-0 sona çatan qarşılaşmanın uzatma dəqiqələrində Barselonanı 1-0 məğlub edərək kubokun sahibi oldu.

Real Madridin heyətində De Maria qarşılaşmanın 120+1. dəqiqəsində qırmızı kart görərək oyun xaricində qaldı.
Mestalla Stadionunda oynanılan qarşılaşmada Məsud Özülün ara pasında Ronaldo ilə Real Madridin ilk hücumu baş tutarkən, qarşılaşmada iki komanda oyunçuları arasında tez-tez gərgin dəqiqələr yaşandı.
Reak Madrid orta sahəsini sıx tutaraq Barselonanın oyun qurmasına icazə verməzkən, 44. dəqiqədə Məsud Özülün etdiyi ortada Pepenin etdiyi baş vuruşu Barselona qapısının dirəyinə dəydi.
Real Madrid komandası ilk yarıdakı oyun stili ilə Barselonaya istədiyini etdirmədi və bir az daha üstün görünən tərəf oldu.
Qarşılaşmanın ikinci yarısında Barselona topa çox hakim olan tərəf olarkən, ard arda təhlükəli hücumlar inkişaf etdirərək Madrid qapısını çətinliyə saldı.

QOL SƏSİ PORTUQALİYALI ULDUZDAN
Normal müddəti 0-0 sona çatan qarşılaşmada gözlənilən qol səsi əlavə dəqiqələrində gəldi. Mübarizənin 97. dəqiqəsində sağ tərəfdən Barselona cərimə meydanına hərəkətlənən Ronaldonun vurduğu zərbə dirəyin dibindən getdi.
Əlavə dəqiqələrində Barselona qapısına ani hücumlar edən Real Madrid axtardığı qolu mübarizənin 103. dəqiqəsində Portuqaliyalı ulduzu Cristiano Ronaldo ilə tapdı.
Sol qanaddan inkişaf edən Real Madrid hücumunda Marcelo ilə gözəl bir divar pası edən De Maria sol qanaddan düz bir ötürmə etdi. De Marianın hava ötürməsinə cərimə meydanı içində yaxşı yüksələn Cristiano Ronaldo, baş vuruşu ilə komandasını 1-0 önə keçirdi.

6 MÖVSÜM SONRA
Real Madrid bu qalibiyyət ilə Barselona qarşısında 6 mövsüm sonra qalib gəlmiş oldu. İspaniya La Liqada oynadıqları son 6 qarşılaşmanın 5 dənəsində oyundan məğlubiyyət ilə ayrılan tərəf Real Madrid olarkən, La Liqada oynanılan son qarşılaşma 1-1 bərabərə nəticələndi.
İki komanda İspaniya Kubokunda ən son 1996-97 mövsümündə son 16 mübarizəsində qarşı-qarşıya gələrkən, ilk matçı 3-2 Barselona lehinə nəticələnərkən, Bernabeuda oynanılan digər qarşılaşma isə 1-1 bərabərə nəticələnmişdi.
Real Madrid Barselona qarşısındakı ən son qalibiyyətini 7 May 2008 tarixində 4-1lik hesabla almışdı.

Kateqoriya: Idman | Baxılıb: 1192 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024