Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Avqust » 21 » Kompüteri olmayanlara şad xəbər
Kompüteri olmayanlara şad xəbər
09:18

Bundan sonra Bakıda kompüter yoxluğu hiss edilməyəcək

Müasir dövrdə elə bir ölkə, şəhər, rayon tapılmaz ki, orada kompüterdən istifadə olunmasın. Azərbaycana isə ilk kompüter ötən əsrdə gətirilib. Artıq indi fəxlə deyə bilərik ki, bizdə də kompüterlərin istehalına başlanılıb. Bu üzdən kimin kompüteri yoxdursa, heyifslənməsin. Çünki bundan sonra kompüter yoxluğu hiss edilməyəcək. Şəhərin müxtəlif yerlərində quraşdırılan internet köşklərindən istifadə etməklə istənilən məlumatı əldə etməyə imkan olacaq.

Belə ki, "Kür" MMC-nin istehsal etdiyi internet köşkləri bundan sonra istifadəçiləri internet xidmətilə təmin edəcək. Amma bunların harada quraşdırılmasını cəmiyyət özü müəyyən etmir. "Kür" MMC-nin marketinq və satış üzrə meneceri Ələs Xudaverdiyevin sözlərinə görə, köşklər sifariş əsasında istehsal edilir. Köşklər əsasən istirahət mərkəzlərində, dayanacaqlarda, müxtəlif müəssisələrdə quraşdırıla bilər.

“Köşklərin qurulmasında məqsəd insanlara internet xidmətini təqdim etməkdir. Burada elektron poçtu yoxlamaq, məlumat əldə etmək, informasiya ötürmək mümkündür. Bu aparat operatorsuz işləyir”, - deyə Ələs Xudaverdiyev vurğulayıb.

Köşklərdən istifadənin tariflərini isə onu quraşdıracaq şirkətin özü müəyyən edəcək. Qeyd edək ki, bu internet köşklərinə hər hansı bir məlumat daxil etdikdə, yaxud kredit kartları ilə ödəmələr həyata keçirdikdə, onları yaddaşında saxlamır. Ümumiyyətlə köşklər yaddaş təmizləyən proqramla təmin edilib. Daha bir yenilik isə informasiya köşkləri ilə bağlıdır. İnternet köşklərindən fərqli olaraq, informasiya köşklərindən istifadə pulsuzdur. Yəni bu köşklər hər hansı şirkət, market və ya müəssisədə quraşdırılarsa, bu müəssisə haqqında ətraflı məlumat almaq mümkündür.

Qeyd edək ki, dəmiryol vağzallarında yaxın vaxtlarda quraşdırılması planlaşdırılan onlayın bilet satışı köşklərini də məhz "Kür" şirkəti istehsal edəcək. Amma köşkün proqram təminatı sifarişçi tərəfindən təmin olunacaq. Sifarişçinin istəyindən asılı olaraq köşklər müxtəlif dizaynda hazırlana bilər.

İnternet köşklərinin qiyməti 1900-2200 manat arasında, informasiya köşklərinin qiyməti isə 1900 manatdan başlayaraq müəyyən edilib. Şirkət nümayəndəsinin sözlərinə görə, bu məhsulların qiyməti xarici məhsullarla müqayisədə 30-35% ucuzdur.

Kateqoriya: Muxtelif | Baxılıb: 894 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Avqust 2010  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024