Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » May » 14 » Kimlər ali məktəblərə imtahansız qəbul ediləcək?
Kimlər ali məktəblərə imtahansız qəbul ediləcək?
18:15

Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar.

APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, olimpiada qalibləri ilə bağlı qərar Azərbaycan Nazirlər Kabineti tərəfindən hazırlanaraq TQDK-ya göndərilib, TQDK qərara müsbət rəy verib və təsdiq olunmaq üçün Ədliyyə Nazirliyinə göndərib: ““Təhsil haqqında” qanuna görə müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunmaq imkanı verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı aşağıdakı kimi müəyyən olunub: İdman sahəsi üzrə olimpiya, dünya, Avropa çempionatlarının qalibləri - yəni I, II, III yerləri tutanlar ali məktəblərin müvafiq ixtisası üzrə imtahansız qəbul olunacaqlar. Habelə təhsil sahəsi üzrə dünya fənn olimpiadalarının, musiqi və incəsənət sahələri üzrə dünya və beynəlxalq müsabiqələrin qaliblərinin də ali məktəblərin müvafiq ixtisasları üzrə dövlət sifarişli yerlərə imtahansız qəbul olunmasına qərar verilib”.

M.Abbaszadə bildirib ki, qərar təsdiq olunan kimi TQDK həmin şəxslərin qeydiyyatdan keçməsi üçün vaxt elan edəcək və dövlət sifarişli yerlərdən onlar üçün müəyyən yerlər ayrılacaq.

Kateqoriya: Tehsil | Baxılıb: 716 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  May 2010  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024