Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyuL » 24 » II ixtisas qrupu üzrə qəbul imtahanı başa çatıb
II ixtisas qrupu üzrə qəbul imtahanı başa çatıb
13:34

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 23-də Respublika ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.

Cari tədris ilində II ixtisas qrupu üzrə 28072 abituriyent ərizə təqdim edib.
Qəbul imtahanı Bakı şəhərində 46, Naxçıvan şəhərində 2 binada aparılırb.

Saat 06:00-dan etibarən imtahan rəhbərləri mühafizə xidməti əməkdaşlarının müşayiəti ilə müvafiq sənədlərlə imtahan binalarına yola salınıblar. İlk olaraq Naxçıvan şəhərində keçirilən imtahan prosesini idarə etmək üçün cəlb olunmuş TQDK nümayəndələri, imtahan rəhbərləri və nəzarətçilər yola salınıb.

İmtahan zamanı təhlükəsizliyi təmin etmək məqsədilə Xususi Dovlət Muhafizə Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən imtahan binalarının mühafizəsi təşkil olunub.

İmtahanın gedişi ərzində imtahan binalarının qarşısında Səhiyyə Nazirliyinin növbətçi Təcili Tibbi Yardım heyəti, həmçinin Fovqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları olublar.

İmtahanın gedişini 26 Kütləvi İnformasiya Vasitəsinin 45-dək nümayəndəsi izləyib.

TQDK abituriyentlərin rahat şəkildə imtahan vermələri, öz biliklərini maksimal dərəcədə nümayiş etdirmələri üçün bütün metodiki və təşkilati işləri həyata keçirib və imtahan prosesi uğurla başa çatdırılıb.

İmtahandan dərhal sonra test tapşırıqlarının ekspertizası aparılıb.

Saat 19:20-dan «Space» telekanalının canlı efirində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları elan olunub və test tapşırıqları ilə bağlı geniş izahat verilib. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdirilib.

İyulun 24-dən etibarən cavab kartlarının emalına başalanıb və imtahanın nəticələri yaxın günlərdə elan olunacaq.

Kateqoriya: Tehsil | Baxılıb: 831 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyuL 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024