Bakı İslam Universitetinə ayrılmış 100 plan yerinə qarşı cəmi 50 abituriyent ərizə verib Tələbə qəbulu üzrə Dövlət Komissiyası iyunun 20-də 2 imtahan keçirəcək. Bunlardan biri rus bölməsi abituriyentləri üçün Azərbaycan dili, digəri isə magistratura pilləsinin ikinci mərhələ üzrə keçiriləcək.
Komissiya sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, rus bölməsi abituriyentləri üçün Azərbaycan dilindən imtahanlar Bakıda və Naxçıvanda keçiriləcək.
TQDK sədri deyib ki, magistraturaya proqram seçiminin vaxtı iyunun 12-də axşam bitəcək. Gələn həftənin çərşənbə günü isə imtahana buraxılış vərəqəsi veriləcək.
Məleykə Abbaszadə deyib ki, Bakı İslam Universitetinə sənəd qəbulu iyunun 15-dək davam edəcək. Onun sözlərinə görə, bu təhsil müəssisəsi üçün ayrılmış 100 plan yerinə qarşı cəmi 50 abituriyent ərizə verib.