Ov-ovlayıb quş-quşlayanlar İnsan qədim zamanlardan Allahın yaratdığı canlı və cansız məxluqatdan istifadə edib, bu yolla məişət ehtiyaclarını aradan qaldırıb. Bu yollardan biri də quru və suda yaşayan heyvanların ovlanması və əhilləşdirilməsi olub.
14 əsr bundan əvvəl indiki Ərəbistan yarımadasında İslam adlı yeni və əbədi İlahi din meydana gəlir. Flora və fauna baxımından olduqca kasıb olsa da, buranın əhalisinin və gələcəkdə İslamı qəbul edəcək insanların ehtiyaclarını təmin edəcək qanunlar qüvvəyə minməli idi. İslam dini bunun öhdəsindən də uğurla gəlir.
Ov heyvanları
1-Əti halal olmalı və ov nəticəsində ölməlidir.
2-Başqa heyvanlar tərəfindən parçalanmış olmamalıdır.
3- Vəhşi, əhliləşdirilməmiş olmalıdır.
4-Sonradan əhilləşdirilən ev heyvanlarını ovlamaq olar, çünki onların əti halal və pakdır. Sonradan əhlilləşdirilən vəhşi heyvanları isə ovlamaq olmaz.
5-Ov alətindən istifadə olunan zaman Allahın adı çəkilməli («Bismillah» deyilməlidir).
6-Ov edən şəxs müsəlman olmalıdır, yəni qeyri-müsəlmanın ovladığı heyvanı qida kimi istifadə etmək olmaz.
7-Ovlanan heyvan qaçmağa, yaxud uçmağa qadir olmalıdır. Deməli, qaça bilməyən ceyran balasını və ya uça bilməyən quş balasını ovlamaq yasaq, əti isə haramdır.
8-Quşları yalnız yuvalarından uçduqdan sonra ovlamaq olar.
İtlə ov
Ovçuluqda geniş istifadə olunan üsullardan biri də itlərlə olunan ovlardır. Dinimizdə bunun üçün bir sıra qayda-qanunlar nəzərdə tutulub:
1-Ov iti əhilləşdirilmiş olmalı və tutduğu ovun bir hissəsini yeyib parçalamamalıdır.
2-İti ov heyvanının ardınca göndərən şəxs müsəlman olmalıdır, yəni qeyri-müsəlmanın itlə ovladığı heyvanı yemək olmaz.
3-İti ovun ardınca göndərdikdə Allahın adı cəkilməlidir, bilərəkdən çəkmədikdə ov əti haram, unutduqda isə haram olmaz.
4-Ov itinin boğduğu, dişi ilə yaralayıb öldürdüyü və ya qovub qorxudaraq öldurdüyü heyvanın əti haramdır.
5-İt ov heyvanını tutduqdan sonra onun başını kəcəsək qədər vaxt olmalıdır.
6-İt bir heyvanın ardınca göndərilərkən başqa birisini gətirərsə, onun əti pak və qidaya yararlı olar.
Quşla ov
Bəzi məntəqələrdə qızılquşlardan da ovda istifadə olunur, bunun da bəzi şərtləri var:
1-Ovda istifadə olunan quşlar əhilləşdirilmiş olmalıdır.
2-Quşu ov heyvanının ardınca göndərərkən Allahın adını çəkmək lazımdır.
3-Quş ovladığı heyvanı parçalayıb öldürməməlidir.
Balıq ovu
1-Yemək məqsədilə yalnız pullu balıqları ovlamaq olar.
2-Balıq tutulduqdan sonra quruda can verməlidir.
3-Dalğa ilə sahilə atılan və can verməzdən əvvəl tutulan balığın əti pak, yeyilməsi də halaldır.
4-Suda ölən balıqları yemək haramdır.
5-Partlayıcı vasitəsi tutulan balıqlar quruda ölsələr də, onlardan istifadə etməmək məsləhətdir.
Zərurət və çarəsizlik üzündən ova çıxan şəxslər heç bir günah işlətməzlər, onlar səfərdə olduqlarından dördrükətli namazlarını iki rükət qılmalıdırlar.
Sənəti ovçuluq olan və bu işə pul xərcləyən şəxslər isə namazlarını tam qılmalıdırlar.
Əyləncə və ləzzət məqsədilə ova çıxan şəxslər də səfərləri günah səfəri olduğundan, dördrükətli namazlarını iki rükət qılmalıdırlar. Möminlər bu kimi adətlərdən uzaq olmalıdırlar.
Ehramda olan şəxslərə haram olan əməllərdən biri də quruda ov etmələridir.