Bəzən küçə ilə gedərkən qarşımıza pul və ya digər bahalı əşyalar çıxır. Bir çoxları onu özününkü bilib ata malı kimi sahib çıxır. Amma dinimizin bu məsələyə baxışı tamam fərqlidir. Əgər tapılan mal 2,5 q gümüş dəyərində olarsa, ehtiyacı olduğu təqdirdə onu özünə götürə bilər, amma yaxşı olar ki, sahibinin adından sədəqə versin.
Əgər tapılan malın qiyməti 2,5 q gümüş dəyərindən az olarsa və tapan onun sahibini də tanıyarsa, sahibinin razılıq verib-verməmədiyi təqdirdə ondan istifadə edə bilməz. Sahibi məlum olmadıqda isə onun adından sədəqə verə bilər. Sahibi məlum olub malının sədəqə verildiyinə razı olmadıqda isə əvəzi ödənilməlidir.
Tapılan mal 2,5 q gümüş dəyərində olduğu və əlamatləri ilə sahibini tapmaq mümkün olduğu təqdirdə, elan edib bir il müddətində saxlamaq lazımdır. Əgər bir ildən sonra sahibi tapılmazsa, xarab olmayacağı təqdirdə ya sahibini gözləməli, ya da onun adından sədəqə verməlidir.
Bir il müddətində saxlanılan mal səhlənkarlıq üzündən xarab olduğu təqdirdə onu tapan şəxs sahibinə əvəzini ödəməlidir.
Əgər bir şəxs hər hansı bir şeyi taparsa, başqası isə onun malı olduğunu iddia edərsə, iddiaçıdan itirdiyi malın əlamətlərini soruşmalıdır. Sadalanan əlamətlər tapılan malda olduqda onu sahibinə qaytarmaq lazımdır. Əgər tapılan pul olarsa, onun miqdarı, təzə, yaxud köhnəliyi soruşulmalıdır.