Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Oktyabr » 13 » İnsan pis fikirlərinə görə Qiyamət günü cavab verəcək?...Dinlə bağlı suallar və cavabları
İnsan pis fikirlərinə görə Qiyamət günü cavab verəcək?...Dinlə bağlı suallar və cavabları
20:41

Seyidləri digər insanlardan fərqləndiyi nə dərəcədə doğrudur? Günahlarından asılı olmayaraq Allahın onları bağışlaması necə?

- Diqqətinizə çatdırmaq istərdim ki, Allah qarşısında bütün insanlar bərabərdirlər. Allah qarşısında birinin digərindən üstünlüyü onların təqva və Allahdan qorxmalarından asılıdır. Birinin seyid olması və günahdan uzaq olması və ya günah edib tövbə etməsi onun digərlərindən fərqli olmasına səbəb olmur, ola da bilməz.

İnsan beynindən keçən pis fikirlərə görə Qiyamət günü Allah qarşısında hesabat verəcək? Çünki bəzən Şeytan vəsvəsə edərək insanın beyninə pis fikirlər salır.

- Nə qədər ki, pis fikirlər əməli şəkildə öz nəticəsini verməyib və istər insanın özü, istərsə də başqaları onun fikirlərindən günaha düçar olmayıblar, buna görə Qiyamət günü insanlara cəza verilməyəcək. Amma bütün hallarda Şeytanın vəsvəsələrindən Allaha pənah aparmaq və tez-tez Allahı zikr etmək lazımdır. Allah imanımızı kamil etsin!

Bilmək istərdim kolbasa, sosiska və bu kimi ət məhsullarından istifadə etmək olar? Bəziləri bunların namaz qılanlara haram olduğunu söyləyir. Bu, nə dərəcədə düzgündür? Bundan başqa, deyirlər kolbasalara donuz əti vurmadan onların saxlanması mümkün deyil. Belə çıxır ki, ölkəmizdə və digər müsəlman ölkələrində hazırlanan halal ət məhsullarını yemək haramdır?

- Allahın halalı hamı üçün halal, haramı hamı üçün haramdır. Bunun namaz qılıb-qılmamaqla heç bir əlaqəsi yoxdur. O ki qaldı adları çəkilən ət məhsullarına, onlar şəri qayda ilə kəsilən əti halal heyvanların ətindən hazırlandıqda halal, əks halda haramdır. Ət məhsullarında donuz ətinin zəruriliyinə gəldikdə isə bunun heç bir əsası yoxdur və ola da bilməz. Halallığına əmin olduğunuz ət məhsullarından istifadə edə bilərsiniz.

Hicablıya boyun-boğaz görünmədən sırğa taxmaq olar? Bunun günah olub-olmadığını bilmək olar?

- Boyun və boğazınızı bağlayıb sırğa taxa bilərsiniz, bunun heç bir günahı yoxdur.

Qəza namazlarının neçə rükət qılınması barədə məlumat verəsiniz?

- İstər namaza başladıqdan, istərsə də əvvəllər qılınmayan qəza namazlarını qılmaq hər bir müsəlmana vacibdir. Gündəlik vacib namazlarla fərq yalnız niyyətdədir. Ev və vətən qərar verdiyiniz yerdə olduğunuz zaman səfərdə qılmalı olduğunuz, amma qılmadığınız 4 rükətlik namazların qəzalarını 2 rükət qılmalısınız. Əksinə, səfərdə olduğunuz zaman ev və vətən qərar verdiyiniz yerdə qılmalı olduğunuz, amma qılmadığınız 4 rükətlik namazların qəzalarını tam şəkildə qılmalısınız.
Onu da qeyd edək ki, qəza namazlarında qılınmayan günləri qeyd etməyə ehtiyac yoxdur. Allah qəbul etsin!

İkinci xəlifə Ömər ibn Xəttab İslamı necə qəbul etmişdir?

- Tarix kitabları Ömər ibn Xəttabın İslamı qəbul etməsi barədə bunları yazır: "Ömər ibn Xəttab hələ cahil olduğu illərdə Peyğəmbəri (s.ə.s) qətlə yetirmək qərarına gəlir. Bu səbəbdən qılıncını sivirib onun ardınca gedir. Yolda onu qəzəbli halda görənlərdən biri nə üçün hirsli olduğunu soruşur. O da öz məqsədini deyir. Həmin şəxs ona deyir: "Yaxşı olar ki, öz bacının evinə gedib orada baş verənləri görəsən".

Ömər ibn Xəttab oradan birbaşa bacısının evinə gedir və onun həyat yoldaşı ilə birlikdə Quran oxuduğunun şahidi olur. Qəzəbli halda bacısını vurub yerə yıxır. Bacısı ona İslamı qəbul etdiklərini və ondan əsla qorxmadıqlarını bildirir.

Ömər ibn Xəttab tutduğu işdən peşman olur və onlardan nə oxuduqlarını soruşur. Bacısı bunun Quran olduğunu və ona yalnız qüsl aldıqdan sonra toxuna biləcəyini bildirir. Ömər ibn Xəttab qüsl alır və sonra onu Peyğəmbərin (s.ə.s) yanına aparmalarını xahiş edir. Bacısı sevincək halda onu Peyğəmbərin (s.ə.s) yanına aparır. Beləliklə, Ömər ibn Xəttab İslamı qəbul edir.

Hicablı qadın ayaq, qıç görünməmək şərtilə, yəni kolqotqa, retuz və s. ilə dizə qədər yubka geyinə bilər?

- Bəli, geyinə bilər, bunun heç bir nöqsanı yoxdur. Əsas odur ki, bədən görünməsin.

"Karvan" jurnalı

Kateqoriya: Din ve Muzakireler | Baxılıb: 950 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Oktyabr 2010  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024