FİFA futbol üzrə dünya çempionatının startına qısa bir müddət qalmış penalti zərbələrinin vurulma qaydasına dəyişiklik edib. Yeni qərara əsasən, bundan sonra futbolçu penalti zərbəsini yerinə yetirən zaman aldadıcı hərəkətlər edərək qapıçını təbdən çıxara bilməz.
Bununla yanaşı, futbolçuya əvvəlki kimi penalti yerinə yetirərkən fasilə etmək imkanı verilir. Penaltini yeni qayda ilə yerinə yetirməyən futbolçulara hakim dərhal sarı vərəqə göstərəcək.