Prezident üzə çıxardığı nöqsanı özü düzəltdi Oktyabrın 12-də Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni inzibati binasının təməlqoyma mərasimində iştirak edən prezident İlham Əliyev səhv tapıb.
Prezident gözlənilmədən bünövrəyə buraxılmalı olan gilizi açıb və içindəki kağızı çıxarıb, orada yazılanları oxuduqdan sonra isə deyib: “Burada düz yazılmayıb. Yazılıb ki, təməli 11 oktyabr 2010-cu ildə qoyulub. Amma bu gün 12 oktyabrdır. Ona görə dəyişiklik etmək lazımdır. Düzdür, əminəm ki, heç kim bunu görməyəcək. Çünki bu bina ən azı 100 il dayanacaq”.
Daha sonra dövlət başçısı özü mətnə düzəliş etdikdən sonra kağızı gilizə qoyub onu bünövrəyə buraxıb və beton qarışığı tökən qurğunun düyməsini basıb.
Qeyd edək ki, 2010-cu ilin martında Dövlət Neft Şirkətinin yeni inzibati binasının tikintisi üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilib. Dünyanın 8 nüfuzlu tikinti şirkətinin iştirak etdiyi tenderdə Türkiyənin “TEKFEN İnşaat” şirkəti qalib gəlib.
VİDEOYA BURADAN BAXA BİLƏRSİNİZ