Sərxan Quliyev şahmat festivalında bürünc medal qazanıb
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə şahmat festivalı yekunlaşıb. Turnirin rəsmi saytında yer alan məlumata görə, son turda təmsilçimiz Sərxan Quliyev erməni şahmatçısı Avetik Qriqoryana qalib gələrək üçüncü pilləni tutub.
Şahmatçımız gümüş medal qazanan gürcüstanlı Zurab Sturuadan əmsallara görə geri qalıb.
Abu-Dabi turnirində çıxış edən digər təmsilçimiz Qədir Hüseynov da son turda qələbə qazanaraq sonda 8-ci yeri tutub. Yarışın qalibi adına isə ukraynalı Anton Korobov sahib çıxıb.