Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyuL » 22 » İdmançımız erməni rəqibini məğlub edərək dünya çempionu oldu
İdmançımız erməni rəqibini məğlub edərək dünya çempionu oldu
10:23

Budapeşt şəhərində güləşçilər mübarizə aparırlar

Macarıstanın paytaxtı Budapeştdə gənclər arasında sərbəst, qadın və yunan-Roma güləşi üzrə Dünya birinciliyi keçirilir. Hər üç növ üzrə Azərbaycan yığma komandası turnirdə iştirak edir.

Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, Dünya birinciliyində ilk gün yunan-Roma güləşi üzrə 50, 60, 74 və 96 kq çəki dərəcəsində pəhləvanlar mübarizə aparıb. Güləşçilərimiz ilk gün 2 qızıl medal qazanıb. 50 kq çəkidə Eldəniz Əzizli ardıcıl olaraq meksikalı Pulido Qrimaldini (7:0, 6:0), yapon Seiki Qoyanı (1:0, 7:0), amerikalı Maks Emiliano Nourini (1:0, 6:0), qazax Aysultan Baizakovu (3:0, 1:0) məğlub edərək dünya birinciliyinin qızıl medalını qazanıb. Keçirdiyi bütün görüşlərdə rəqiblərinə xal verməyən Eldəniz ümumi hesabla 32:0 qalib gəlib. 60 kq çəkidə Kamran Məmmədov rumıniyalı Kristinel Motoi (1:0, 4:0), çinli Liang Ma (0:4, 1:0, 1:0), norveç Fredrik Bjerrehuus (3:0, 3:0), erməni Aleksan Mikayelyan (2:0, 2:0) üzərində inamlı qələb qazanaraq finala yüksəlib. Finalda rusiyalı Asker Orşoxduqovla görüşdən də qalib ayrılan Kamran (1:0, 2:0) dünya birinciliyinin qızıl medalını əldə edib.

Dünən 55, 66, 84 və 120 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. İyulun 22-23-də qadın güləşçilər, 24-25 iyulda isə sərbəst güləşçilər xalça üzərinə çıxacaq.

Yunan-Roma güləşi üzrə yığma komandamızın heyətində Eldəniz Əzizli (50 kq), Qasım Məhəmmədov (55 kq), Kamran Məmmədov (60 kq), Rəsul Cunayev (66 kq), Toğrul Yunuslu (74 kq), Şəhriyar Məmmədov (84 kq), Zaur Mehrəliyev (120 kq) yer alıb.

Komandamız turnirə böyük məşqçi Ağalar Aslanov və Zöhrab Abbasovun başçılığı altında yollanıb.
Görüşlərin idarə edilməsində ölkəmizi AGF Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov, beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev və Fərəqət Cəlalov təmsil edəcək.

Kateqoriya: Idman | Baxılıb: 753 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyuL 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024