Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyuL » 15 » Hacıqabul rayonu
Hacıqabul rayonu
10:42

Məlumatlar
İqtisadi rayon:
Ərazi: 1641.40 (km2)
Əhali: 59000
Əhali sıxlığı: (nəfər/km2)
Nəqliyyat vasitəsi kodu: 24
Telefon kodu: 140
Poçt kodu (Mərkəzi PŞ): 24 00
Yaşayış məntəqələrinin sayı 30

Hacıqabul şəhəri
Bakı ilə arasında məsafə 113 km
Əhalisi 59500 nəfər
Nə ilə getmək olar Avtonəqliyyatla - Bakı – Hacıqabul avtobusları; Qatarla - Bakı – Qazax, Bakı – Ağstafa, Bakı – Bərdə – Balakən, Bakı Gəncə – 3 saat

Hacıqabul - Azərbaycanın şərqində yerləşən rayon. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir.HACIQABUL RAYONUNUN əhalisi 60 min nəfər, rayon mərkəzi - Hacıqabul şəhəri, onun əhalisinin sayı 22 min nəfərdir. Hacıqabul rayonu Kür-Araz ovalığındakı bərəkətli qədim Muğan diyarının bir hissəsini tutur. İqlimi yarımsəhra, quru və isti, qışı mülayim keçir. Qışda havanın temperaturu müsbət 6 dərəcədən aşağı olmur. Burada yağış az yağır, laikn Kür çayının axarı boyunca tuqay meşələri və kolluqlar vardır.

Müəyyən geoloji dövrdə Xəzər dənizinin təbii çəkilməsi nəticəsində yaranmış HACIQABUL GÖLÜ bu rayonun ərazisindədir. Yaz vaxtı Kür çayının daşması nəticəsində gölün sututar sahəsi genişlənmişdir. İndi Əli Baryamlı Dövlət Rayon Elektrik Stansiyasının (DRES) işlənmiş isti suları da bu gölə daxil olur. Dərinliyi 5 metri aşmayan bu göl qışda donmur. O, köçəri quşların qışlaması, su-bataqlıq quşlarının yuva qurması üçün münasib yer kimi böyük əhəmiyyətə malikdir. Həmin quşların çoxu nadir və məhv olmaq həddinə çatmış növlərə aiddir.

Şəhər və iri qəsəbələrin adları
Rayonda 31 yaşayış məntəqəsi var. Bunlardan 1 şəhər, 1 şəhər tipli qəsəbə, 4 qəsəbə və 25 kənddir.

Rayonda 15 inzibati ərazi vahidi, 5 tibb müəssisəsi, 55 mədəniyyət ocağı var.

Sərhəd rayonların, ölkələrin adları
Abşeron, Qobustan, Şamaxı, Ağsu, Kürdəmir, Sabirabad, Salyan rayonları, Şirvan şəhəri

Coğrafi yerləşməsi
Hacıqabul rayonu Şirvan bölgəsində Kür-Araz ovalığının bir hissəsini əhatə edir. Ağsu, Kürdəmir, Şamaxı, Qobustan, Abşeron, Salyan, Sabirabad rayonları və Şirvan şəhəri ilə həmsərhəddir.

İqlimi
Hacıqabul rayonun iqlimi yarımsəhra əraziləri üçün səciyyəvi olan quru və isti iqlimdir. Burada yaya fəsli çox vaxt +40 C-dən artıq olur, qışı isə mülayimdir, qış aylarında temperatur əsasən +6, +12 C həddində olur. Yağıntılar əsasən yazda və payızda düşür. Onların illik miqdarı 200 mm-dən çox olmur.Kür çayının axını boyunca yerləşən ərazilər tuğay meşələri və kolluqlarla örtülmüşdür. Rayonun ərazisində yerləşən Hacıqabul gölü Kür çayının vaxtaşırı daşması və Xəzər dənizinin çəkilmələri nəticələri yaranmışdır. Azərbaycandakı başqa düzənlik göllərinin əksəriyyətindən fərqli olaraq, bu göldə qamışlıq bitkiləri zəif nəzərə çarpır. Lakin ətrafdakı dayaz sulu çaylar və nohurlar bu çatışmazlığın əvəzini artıqlaması ilə çıxır. Hacıqabul gölü köçəri quşların miqrasiyası dövründə onların müvəqqəti istirahəti və bataqlıqda yaşayan su quşlarının, o cümlədən, nəsli kəsilməkdə olan növlərin yuva qurmaları çox əlverişli şəraitə malikdir. Göldəki su durğundur və qışda donmur. Əli – Bayramlı Elektrik Stansiyasının ilıq suları bu göldə tökülür. Dərinliyi 5 metr, suyu ilıq olan bu göldə mamırların və onurğasızların bol olması quşlar üçün yaxşı yem bazası yaranmasını təmin edir. Gölün forma etibarilə oval şəkilli olması sayəsində onun sahilindən ortasına qədər məsafə kifayət qədər böyükdür, bu isə quşların özlərini qoruya bilməsi üçün mühüm şərtdir. Rayonda müvafiq orqanların icazəsilə və qadağan olmuş dövrləri nəzərə almaqla ovçuluq və balıqçılıqla məşğul olmaq üçün şərait var.

Tarixi
Hacıqabul rayonu Kür–Araz ovalığının cənub–şərqində yerləşir. Rayonun mərkəzi Hacıqabul şəhərinin tarixi IX əsrdən başlanır. "Hacıqabul" sözünün mənası "Allah sənin Həcc ziyarətin qəbul etsin" deməkdir. Bu sözün yaranması onunla əlaqədardır ki, bu şəhər müsəlmanların müqəddəs ziyarətgahları olan Məkkə və Mədinəyə gedən yolun üzərində yerləşirdi. Zəvvarlar bu qədər uzun yolu dayanmadan qət edə bilməzdilər. Buranın şəraiti düşərgə salmaq üçün çox münasib idi.

Tarixi və mədəniyyət abidələri
XV əsrdə Şah Abbas indiki Hacıqabul şəhərinin yerləşdiyi ərazidəki eyni adlı gölün sahilində karvansara tikdirmişdi. Şirvanşahlar sülaləsinin hakimiyyətdə olduğu dövrdə burada Mahmudabad şəhəri salınmışdır. Böyük İpək Yolu bu şəhərdən keçirdi. Fars körfəzi rayonuna gedən karvanlar buradan gedirdi. Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Hacıqabul şəhərinin şimal-qərb tərəfində yerləşən Haram dağında üzərində petroqliflər olan siklopik tikili aşkar etmişlər. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu tikilininyaşı 5 min ilə yaxındır. Bu tikililərin ətrafında aşkar edilmiş daşların üzərində insan və fantastik heyvan təsvirləri var. Alimlər bu təsvirləri eneolit və tunc dövrlərinə aid edirlər.

Rayonda xalçaçılıq sənəti yaxşı, inkişaf etmişdir. Şirvan xalçaçılıq məktəbinə aid edilən, əl ilə toxunan «Sarı xalça» xüsusi marağa səbəb olur. Hacıqabul rayonun ərazisində tarixi – memarlıq abidələri də var. Qubalı Baloğlan kəndində XIII – XIV əsrlərə aid Hüseyn Xanəgahı adlı pir – ziyarətgah, qala divarları, minarəli məscid, karvansara (bunlar hamısı XIII əsrə aiddir), XIV əsrə aid yaşayış binaları, XV və XVIII – XIX əsrlərə aid məqbərələr, Udulu kəndində orta əsrlərdə ucaldılmış müdafiə təyinatlı Qüngörməz qülləsi, Hacıqabul gölünün şərq sahilində XV əsrdə tikilmiş karvansara bu cür abidələrdir.Şəhərdə tarixi yerlərə ekskursiyalar (Hacıqabul – Qubalı Baloğlan və Hacıqabul – Udulu marşrutları üzrə) təşkil edilir.

Bələdiyyələr haqqında
Hacıqabul rayonunda 23 bələdiyyə fəaliyyət göstərir.

# Bələdiyyələrin adı Hər bələdiyyə üzrə əhalinin sayı
1 Hacıqabul şəhər bələdiyyəsi 23512
2 Muğan qəsəbə bələdiyyəsi 4275
3 Navahı kənd bələdiyyəsi 3354
4 Atbulaq kənd bələdiyyəsi 3175
5 Rəncbər kənd bələdiyyəsi 2894
6 Abdulyan kənd bələdiyyəsi 2838
7 Qubalıbalaoğlan kənd bələdiyyəsi 2631
8 Qarasu qəsəbə bələdiyyəsi 2407
9 Navahı qəsəbə bələdiyyəsi 2293
10 Kolanı kənd bələdiyyəsi 1944
11 Birinci Udullu kənd bələdiyyəsi 1837
12 Talış kənd bələdiyyəsi 1636
13 Şorbaçı kənd bələdiyyəsi 1440
14 Birinci Meyniman kənd bələdiyyəsi 1408
15 İkinci Meyniman kənd bələdiyyəsi 1295
16 Qızılburun kənd bələdiyyəsi 1034
17 Padar kənd bələdiyyəsi 744
18 Axtaçı Şirvan kənd bələdiyyəsi 510
19 Qubalı kənd bələdiyyəsi 430
20 Ələtli kənd bələdiyyəsi 380
21 Ağacanlı kənd bələdiyyəsi 351
22 Tağılı kənd bələdiyyəsi 332
23 İkinci Meyniman kənd bələdiyyəsi 300
24 Cəmi 61020

Rayon ərazisində bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərir.

17 Dekabr 2004-cü ildə bələdiyyələrə seçkilər müvəffəqiyyətlə keçirilmiş, 23 bələdiyyəyə 189 nəfər bələdiyyə üzvü seçilmişdir.

Görkəmli şəxsləri haqqında
1.Əzizə Məhəmməd qızı Cəfərzadə - yazıçı, filologiya elmləri doktoru, professor.
2.Fəxrəddin Nəriman oğlu Məmmədov - Tarix elmləri doktoru, professor.
3.Miryusif Mirnəsir oğlu Manafov - şair-dramaturq.
4.Nizami Məmməd oğlu Süleymanov - akademik.
5.Mirzə Baxış Nadim - şair.
6.Ramiz Əliş oğlu Həsənov - texnika elmləri doktoru, professor.
7.Tamella Rəsul qızı Nəsirova - riyaziyyat elmləri doktoru, professor.
8.Saday Ağalar oğlu Əliyev - tibb elmləri doktoru, professor.
9.Əliağa Novruzəli oğlu Məmmədov - filologiya elmləri doktoru, professor.
10.Famil Abbas oğlu Tağıyev - polkovnik-leytenant, Azərbaycan Quru Qoşunlarının rəis müavini.
11.Asif Mikayıl oğlu Cəbrayılov - general-mayor, Azərbaycan Sərhəd Qoşunları Komandanının müavini.
12.Zivər Sübhan qızı Ağayeva - şairə.
13.Çingiz Səfi oğlu İbadov - iqtisad elmləri namizədi.
14.Əjdər Ol - şair.
15.Əli Pənah oğlu Məmmədov - AMEA-nın üzvü, fizika-kimya elmləri doktoru, professor.
16.Əlihüseyn Hüseyn oğlu Hüseynov - təyyarə mexaniki, Sosialist Əməyi Qəhrəmanı.

Harada qalmaq olar
Turistlərin qəbulu üçün yerli əhalinin gözəl zövqlə tikilmişxüsusi yaşayış evlərindən istifadə edilməsi mümkündür.

Harada nahar etmək olar
«Azad», «Qaya» restoranları, «Qayqaz» kafesi müxtəlif növ yeməkləri təklif edir.

Əlavə məlumatlar
Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) 27 avqust 1990-cı ildə Hacıqabul rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 05 saylı qərarı ilə yaradılmışdır.Hacıqabul rayon Mərkəzi kitabxanasının əsası 1939-cu ildə qoyulmuşdur. 01 yanvar 2010-cu il tarixinə olan məlumata əsasən Hacıqabul rayonunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Sisteminə daxil olan 32 dövlət kütləvi kitabxanası fəaliyyət göstərir. Bu kitabxanalardan 1-i rayon Mərkəzi kitabxanası, 1-i rayon Uşaq kitabxanası, 6-sı şəhər və qəsəbə kitabxanası,24-ü isə kənd kitabxana filialıdır.

Hacıqabul bu gün ölkənin sürətlə inkişaf edən rayonları arasında ön sırada durur. Yeni obyektlərin istifadəyə verilməsi, aparılan abadlıq işləri, parkların, yaşıllıq zolaqlarının salınması, küçələrin asfalt örtüyünün dəyişməsi rayonun yeni simasını müəyyən etmişdir. Hacıqabulda bütün sahələrdə olduğu kimi informasiya texnologiyaları və poçt rabitəsi sahəsində də dinamik inkişafa şahid olmaq mümkündür. Bu gün bütün bölgələrdə olduğu kimi Hacıqabulda informasiya texnologiyaları digər sahələrə sürətlə inteqrasiya edir. Bu mənada Hacıqabul TKQ-nin həyata keçirdiyi işləri qeyd etmək lazımdır. RİTN “Aztelekom” İB və rayon icra hakimiyyətinin böyük dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində ötən il rayonun Atbulaq, Qubalıbaloğlan, Talış, Muğan kəndlərinin hər birində 256 nömrə tutumlu, Əllətli kəndində 16, Tava və Padar kəndlərinin hər birində 32 nömrə tutumlu elektron ATS-lər quraşdırılaraq istifadəyə verilmişdir. Qeyd olunan kəndlər üzrə daxili şəbəkə tikilərək abunəçilərin istifadəsinə verilmişdir. Əlavə olaraq Rəncbər, Nəvahi və Kolanı kəndlərində əhalinin telefona olan tələbatı artdığından mövcud stansiyaların tutumu Rəncbər kəndində 270, Nəvahi və Kolanı kəndlərinin hər birində 50 nömrə genişləndirilmişdir.

Sözügedən kəndlərdə elektron ATS-lərin quraşdırılması və həmin ATS-lərin Hacıqabul rayon mərkəzi EATS-in üzərindən ötürülməsi üçün əlavə kanal artırmaq məqsədilə Rəncbər, Nəvahi, Meyniman və Kolanı kənd EATS-də əlavə SDN avadanlıqları quraşdırılmışdır. Qeyd olunan kəndlər üzrə Nəvahi kəndində 1,2 km, Muğan kəndində 1,4 km, Talış kəndində 1,7 km, Qubalıbaloğlan kəndində 6,3 km olmaqla ümumilikdə ötən il ərzində istifadəyə verilən stansiyalar üzrə 10,6 km məsafədə birləşdirici fiber-optik kabel xətləri çəkilmişdir.

Rayonda Mərkəzi EATS-də genişzolaqlı internet (ADSL)şəbəkəsi yaradılmışdır ki, vətəndaşlar, idarə və müəssisələr bu xidmətlərdən yetərincə faydalana bilərlər. Bu il ərzində qovşaq tərəfindən həyata keçirilən tədbirlər nəticəsində kənd sakinləri də bu xidmətdən yararlana biləcək. Bundan əlavə, rayonda əhalinin və təşkilatların rahatlığının təmin olunması məqsədilə Hacıqabul TKQ-nin abunə şöbəsində internet və əvvəlcədən ödəniş kartlarının satışı təmin olunmuşdur.

Rayon mərkəzində material sərf olunmadan boş cütlüklərdən istifadə etməklə 120 nömrə çəkilib istifadəyə verilmişdir.

Göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə rayon icra hakimiyyətinin inzibati binasına, polis şöbəsinə və Beynəlxalq bankın yerli şöbəsinə fiber optik kabel xətləri çəkilmişdir.

“Aztelekom”İB-nin və rayon icra hakimiyyətinin dəstəyi ilə bu il rayonun Cəyirli yaşayış massivində 720 nömrə tutumlu yeni elektron ATS-in qurulması planlaşdırılır. Qovşaq tərəfindən aparılan təxirəsalınmaz tədbirlər nəticəsində rayonun Nəvahi qəsəbəsində 128, Qarasu kəndində 15 km FO kabelinin çəkilməsi və 512 nömrə tutumlu elektron ATS-lərin qurulması işləri həyata keçirilir.

Hacıqabulda informasiya və kommunikasiya texnologiyaları sahəsi ilə yanaşı, poçt rabitəsi də günü-gündən inkişaf edir. Bu sahənin daha da inkişaf etdirilməsi, xidmət çeşidinin artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Xidmət keyfiyyətinə görə əhalinin razılıqla qarşıladığı poçt rabitəsi işçiləri xidmətdə insan faktorunu əsas amil kimi önə çəkərək işlərini günün tələbləri səviyyəsində qururlar. Hacıqabul Poçtamtının yerləşdiyi rabitə evi müasir standartlara uğun şəkildə alkopanla üzlənmiş, normal estetik vəziyyətdədir.

RİTN “Azərpoçt” MMC-nin və rayon icra hakimiyyətinin böyük dəstəyi ilə mərkəzlə yanaşı, kəndlərdə də poçtun inkişaf etdirilməsi, əhaliyə müasir xidmətləri göstərmək üçün tədbirlər həyata keçirildiyini bildirdi. Poçtamt bir mərkəz, şəhər 1 saylı və Atbulaq, Nəvahi, Rəncbər, Qubalıbaloğlan, Udulu, Muğan, Qarasu, Padar, Abdulabad, Talış, Meyniman kənd poçt şöbələri ilə əhaliyə xidmət edir. Poçtamtın bütün poçt şöbələri müasir üslubda tikilmiş binalarda yerləşir. Poçtamt rayon əhalisinə 23 adda ənənəvi və qeyri-ənənəvi poçt xidməti göstərir. Ənənəvi poçt xidməti kimi sadə, sifarişli məktubların qəbulu və çatdırılması, bağlamaların, pul baratlarının, qiymətli məktub və banderolların, teleqramların qəbulu, çatdırılması və s. xidmətləri göstərmək olar. Qeyri-ənənəvi poçt xidməti kimi əhalidən telefon, enerji, qaz və su haqlarının toplanması və yığılmış vəsaitin həmin idarələrin hesabına köçürülməsi.

Hal-hazırda rayon mərkəzinə SMART-kart tipli sayğaclara keçdikdən sonra Hacıqabul Poçt Filialı ilə rayon paylayıcı elektrik şəbəkəsi arasında mövcud müqaviləyə uyğun olaraq elektrik şəbəkəsinə filialın mərkəzi və 1 saylı poçt şöbələrində 1 işçi yeri icarəyə verməklə enerji haqlarının toplanması və kartlara yüklənməsi həyata keçirilir. Bundan əlavə, texnologiyanın inkişafı ilə əlaqədar əhalidən toplanan qaz haqları MHM-in kompyuter terminalından istifadə edilməklə abunəçinin öz kodu əsasında onun hesabına ödənilir.

Hacıqabulun mərkəzində Uşaq Tibb Mərkəzi fəaliyyət göstərir.İkimərtəbəli bu tibb məntəqəsi əsas korpusdan, yardımçı binalardan və qazanxanadan ibarətdir. Müasir avadanlıqlarla təchiz olunmuş mərkəz üçün 4800 kvadratmetr torpaq sahəsi ayrılıb və onun 1200 kvadratmetrində tikinti işləri aparılıb.Təməli 2007-ci ilin avqustunda Prezident İlham Əliyev tərəfindən qoyulan Hacıqabul rayon Uşaq Tibb Mərkəzinin ümumi sahəsi 5 min kvadratmetr, ikimərtəbəli binanın sahəsi isə 688 kvadratmetrdir. Müasir standartlara uyğun inşa edilmiş səhiyyə ocağının ayrıca qazanxanası, su anbarı və elektrikpaylayıcı generatoru vardır. Mərkəzin həyətyanı sahəsi abadlaşdırılmış, yaşıllıq zolağı salınmış, tibb müəssisəsinə gələn yola asfalt döşənmiş, yeni işıqlandırma sistemi quraşdırılmışdır.
Mərkəzin tikintisində yerli və xarici ölkələrdən gətirilmiş inşaat materiallarından və avadanlıqdan istifadə olunmuşdur. Ümumilikdə, 250 kvadratmetr əraziyə qranit, 150 kvadratmetr sahəyə isə mərmər döşənmişdir.
Uşaq Tibb Mərkəzinin birinci mərtəbəsində poliklinika, stomatologiya, cərrahiyyə, oftalmologiya, travmatologiya şöbələri, nevropatoloq, LOR həkim kabinetləri, manipulyasiya, peyvənd, masaj, fizioterapiya və yeniyetmələr otaqları yerləşir. İkinci mərtəbədəki 15 çarpayılıq stasionar şöbədə isə qəbul, prosedur otaqları, yeməkxana vardır.
Mərkəzdə uşaqlar üçün əyləncə otağı və bufet də fəaliyyət göstərir.
Uşaq Tibb Mərkəzində 17 həkim və 30 nəfərdən ibarət orta tibb heyəti işləyir . Mərkəz Hacıqabul rayonu ilə yanaşı qonşu rayonların da əhalisinə xidmət göstərir.

rayonda kərpic zavodu da fəaliyyət göstərir. Zavodun inşasına ötən ilin iyulunda başlanılıb və inşaat işləri yerli şirkətlər tərəfindən həyata keçirilib. Ümumi sahəsi 5 hektar olan zavod ən müasir avadanlıqlarla təchiz edilib. Zavodun illik istehsal gücü 30 milyon kərpicdir. Burada 75 nəfər daimi işlə təmin olunub.

Kateqoriya: Bolgeler | Baxılıb: 3263 | Elave eden: ANAR_PUSU | Reytinq: 5.0/5 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyuL 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024